Brend üzrə mütəxəssis

Müəssisə:  SUN FOOD MMC

Vakansiya: Brend üzrə Mütəxəssis

Tələblər:

  • Ali təhsil (Marketinq, İqtisadiyyat və ya əlaqəli sahələrdə)

  • Minimum 1 il təcrübə (Brend idarəçiliyi, Marketinq və ya əlaqəli sahələrdə)

  • MS Office proqramlarında sərbəst işləmək bacarığı

  • Brend strategiyaları və marketinq planlarının hazırlanması sahəsində təcrübə

  • Ünsiyyət qurma və inandırma qabiliyyəti

  • Analitik düşünmə və qərar vermə bacarığı

Vəzifə öhdəlikləri:

• Məhsul markalarının ehtiyaclarına uyğun qısa və uzun dövrə marketinq strategiyaları hazırlamaq və bu strategiyaların icrasını təmin etmək.
• İstehlakçı davranışlarını təhlil edərək marketinq tədqiqatlarının ehtiyaclarını müəyyənləşdirmək, briflər hazırlamaq və tədqiqat nəticələrinə əsasən fəaliyyət planları təqdim etmək.
• Bazar dinamikasını izləyərək, rəqibləri təhlil edərək təkliflər hazırlamaq və rəhbərliyə məruzə etmək.
• Məhsul qablaşdırılması, reklam materialları və promosyonların marka bütövlüyünə uyğun olmasını təmin etmək.
• Yeni məhsul konseptlərini hazırlamaq və bazar araşdırması vasitəsilə test etmək.
• Satış hədəflərinə uyğun marketinq və promosyon fəaliyyətləri planlaşdırmaq və rəhbərliyə təqdim etmək.
• Satış kanallarını izləyərək məhsulların təsirliyini və paylama fəaliyyətlərini qiymətləndirmək.
• Brend imicinin idarə edilməsi və yeni brend kampaniyaları hazırlamaq, həyata keçirmək və nəticələrini təhlil etmək.
• Marketinq büdcəsinin təyin edilməsi və bu büdcə çərçivəsində fəaliyyətlərin həyata keçirilməsini təmin etmək.
• Müxtəlif satış və marketinq hesabatlarını hazırlamaq, analiz etmək və rəhbərliyə təqdim etmək.

İş Haqqında Məlumat:

  • Müəssisə: Sun Food MMC

  • İş Qrafiki: Həftə içi 5 gün

  • İş Yeri: Bakı şəhəri

Müraciət:

Tələblərə cavab verdiyiniz təqdirdə, CV-nizi cv@azersun.com elektron poçtuna göndərə və ya hr.azersun.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində "Brend üzrə Mütəxəssis (Sun Food MMC)" qeyd etməyiniz xahiş olunur.