Talep No:  27318

İnşaat mühəndisi

Müəssisə: 

Tələblər:

  • Ali texniki təhsil (İnşaat mühəndisliyi və ya müvafiq ixtisas);
  • Tikinti norma və qaydaları, texniki şərtlər və layihə sənədləri üzrə biliklər;
  • Layihə oxuma, iş həcmlərinin hesablanması və smeta işləri üzrə bacarıq;
  • MS Office, AutoCAD və ya digər mühəndislik proqramlarında işləmə bacarığı;
  • Komanda ilə işləmə, operativ qərarvermə və məsuliyyətlilik bacarığı.

 

Əsas vəzifə öhdəlikləri:

  • Tikinti-quraşdırma işlərinin plan və normativ sənədlərə uyğun icrasına nəzarət;
  • Görülən işlərin SƏTƏM normalarına və keyfiyyət tələblərinə uyğun həyata keçirilməsini təmin etmək;
  • İcra zamanı ortaya çıxan texniki məsələlərin operativ həlli;
  • Podratçı və tərəfdaş firmaların işlərinin texniki uyğunluğunun yoxlanılması;
  • Layihə sənədlərinin hazırlanması və material sərfinin hesablanması;
  • Obyektin tikinti işlərinin texnoloji ardıcıllığının təmin edilməsi və istismara qəbul prosesində iştirak.

 

İş vaxtının norması:

6 günlük iş rejimi; 

 

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

Əmək haqqı: Razılaşma yolu ilə;
Nahar şirkət tərəfindən təmin edilir. 
 

İş yeri: Cəbrayıl rayonu
 

Göstərilən tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində  “İnşaat mühəndisi” göstərməyiniz xahiş olunur.