Talep No:  23951

Mexanika mühəndisi

Müəssisə:  İNNOVA KONS. & KONTR. MMC

Vakansiya: Mexanika Mühəndisi
✨ Sizdən gözləntilərimiz:

✔ Mexanika mühəndisliyi üzrə ali təhsil
✔ Mexanika, dinamika, termodinamika, elektrik və struktur analizi üzrə bilik
✔ MS Office, AutoCAD Revit, Fine HVAC proqramlarında işləmək bacarığı
✔ Komanda ruhu və fərdi təşəbbüs
✔ Ezamiyyətlərə uyğunlaşma bacarığı

💼 Əsas vəzifə öhdəlikləri:

🔹Texnoloji avadanlıqların texniki vəziyyətini və qalıq ömrünü yoxlamaq, müntəzəm baxış və təmir işlərinin təşkil edilməsi
🔹 Avadanlıqların istismar təlimatlarını və test proqramlarını tərtib etmək
🔹 Yeni məhsul nümunələrinin və məhsul hissələrinin quraşdırılması, istismara verilməsi, sınaqdan keçirilməsi kimi işlərin həyata keçirilməsini təmin etmək
🔹 Texniki sənədləri tərtib etmək (iş cədvəlləri, təlimatlar, smeta və planlar)
🔹 Hazırlanmış layihələrin və texniki sənədlərin standartlara, texniki şərtlərə və digər normativ sənədlərə uyğunluğuna nəzarət etmək
🔹 Texniki vasitələrin, sistemlərin, proseslərin, avadanlıqların və materialların standartlaşmsı və sertifikatlaşdırılması üzrə işlər aparmaq

İş Qrafiki: Həftə içi 5 gün

İş Yeri: Cəbrayıl rayonu

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Mexanika mühəndisi" qeyd etməyiniz xahiş olunur.

 
Azərsun Holdinq MMC
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.