Planlama mühəndisi
Tələblər:
-
Mühəndislik üzrə ali təhsil.
-
Planlama və tikinti layihələrinin idarə olunması sahəsində təcrübə.
-
Planlama proqramları (Primavera P6, MS Project və s.) üzrə biliklər.
-
Analitik düşüncə, hesabat hazırlama və problem həll etmə bacarığı.
Əsas funksiyaları:
-
Layihənin icra qrafiklərinin hazırlanması, təsdiqlənməsi və yenilənməsi.
-
MS Project, Primavera və ya digər planlama proqramlarında işlərin ardıcıllığını qurmaq.
-
İşlərin faktiki icra vəziyyətini qrafiklərlə müqayisə etmək və rəhbərliyə hesabat vermək.
-
Resursların (işçi qüvvəsi, material, texnika) planlamasını aparmaq və icraya nəzarət etmək.
-
Gecikmələrin səbəblərini təhlil etmək və düzəldici tədbirlər təklif etmək.
-
Tikinti icra qrupları ilə koordinasiyalı şəkildə işlərin vaxtında başa çatdırılmasını təmin etmək.
-
Layihə üzrə risklərin təhlili və vaxt itkilərinin qarşısının alınması üçün preventiv tədbirlər hazırlamaq.
-
Müvafiq hesabatların (gündəlik, həftəlik, aylıq) hazırlanması və təqdim edilməsi.
📍 İş yeri: Cəbrayıl rayonu
🕘 İş Qrafiki: Həftə içi 5 gün | 09:00 – 18:00
🍽️ Nahar şirkət tərəfindən təmin olunur
🚌 Nəqliyyat dəstəyi mövcuddur
Göstərilən tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Planlama mühəndisi - 27286” göstərməyiniz xahiş olunur.