Cilalayıcı

Müəssisə:  Baki Gida və Yağ Fabriki

Tələblər

  • 25-45 yaş aralığında kişilər;
  • Müqaviq sahə üzrə ən az 2 il iş stajı tələb olunur;
  • 1-5-ci kvalitet və 1-2-ci təmizlik sinifinə uyğun detalların hazırlanmasını bilməli;
  • Daxili və xarici cilalama, Müstəvi cilalama və Val cilalam makinalarında çalışmağı bilməli;
  • INTERMED təmir işlərini etməyi bilməli;
  • Ink detalların bərkidilməsi onlara uyğun imkanların hazırlama qaydalarını bilməli;
  • Ink kəsmə alətlərinin yonulmasını bilməli;
  • Cilalama zamanı meydana çıxan hesabatları bilməli;
  • Cilalama maşınıdır dəqikliyini yoxlama qaydasını bilməli;
  • Parçaların kəsmə rejimini bilməli;

 

İş haqqında məlumat

  • Cilalama zamanı soyuducu və yağlama məhlullarından düzgün istifadə etmək;
  • Hər gün işə başlamazdan qabaq cilalama dəzgahının yerlə təmasının elektirik dövriyəsini yoxlamaq;
  • Dəzgahın yağlama sisteminin yağlanmasını aparmaq;
  • Dəzgahların sıradan çıxmış bəzi hissələrinin cilalamaq;
  • Lazım olan alətləri itiləmək;
  • Cilalama dəzgahında çalışan zaman texniki təhlükəsizlik qaydalarına əməl etmək;
  • Gündəlik olarak mexaniki sahə rəisi tərəfindən tələb olunan təlimatlar doğrultusunda işləmək;
  • Alınan təlimata əsasən görüləcək iş üçün lazım görülən alət və xammalın istifadəsini düzgün aparmaq;
  • Təlimat əsasında istifadə olunan ölçü alətlərinin uyğun şəraitdə saxlanılmasını və istifadəsini təmin etmək;
  • Dəzgahın üzərində olan patronun kalaçoklarının, bülöv daşlarının sazlığını təmin etmək və işlədiyi ölçü alətlərinin təmizliyini təmin etmək;
  • Dəzgahın üzərinə olan patron kalaçokların, işlətdiyi kəsici alətlərin açılıb təmizlənməsi, arxa başlıqdakı mərkəzin açılıb təmizlənməsi və işlətdiyi ölçü alətlərin təmizlənməsini təmin etmək;

 

 

İş şəraiti

6 günlük iş rejimi

Yemək təminatı

İşə gediş-gəliş üçün servis təminatı

 

İş yeri: "Bakı Qida və Yağ Fabriki" MMC

Ünvan: Sumqayıt şəhəri,Hacı Zeynalabdin Tağıyev qəsəbəsi,Azərsun Sənaye Parkı”

"Bakı Qida və Yağ Fabriki" MMC-nin geniş istehsal dairəsi vardır. Dünya bazarlarının çoxunu fəth etmiş "Teksun", "Final", "Super Sun", "Paşa", "Aysun" yağlarının 1996-cı ildən Bakıda istehsalı başlanılıb. "Bakı Qida və Yağ Fabriki" MMC-də yenidənqurma işlərinin aparılması və avadanlığın tam müasir tələblərə uyğunlaşdırılması buna zəmin yaratmışdır.

Burada “əl dəyməyən” texnologiya ilə yüksək keyfiyyətli yeyinti yağları istehsal edilir. Zavodda ABŞ-dan, İtaliyadan, Fransadan alınan texnoloji avadanlıqlardan istifadə olunur. Müasir deodorizə və ventirizə sistemləri qurulmuşdur. Bu yeni sistem ətraf mühitə heç bir zərər vermədiyi kimi, ən yüksək keyfiyyətdə bitki yağlarının emal edilməsini də təmin etməkdədir.

Zavod ən yüksək standartlara uyğun duru və bitki yağları müxtəlif dövlətlərin mükafat və diplomlarına layiq görülüb, bir çox sərgi və müsabiqələrin qalibi olmuşdur.