Talep No:  29586

Data Analitika üzrə Baş Mütəxəssis

Müəssisə:  Sun Food MMC

“Azersun Holding” haqqında

Azersun Holding 1991-ci ildə əsası qoyulmuş, ölkənin ən böyük qeyri-neft sənaye qruplarından biridir. Şirkət qida sənayesi, kənd təsərrüfatı və pərakəndə satış sahələrində fəaliyyət göstərərək yüksək keyfiyyət standartları, innovativ idarəetmə yanaşması və davamlı inkişaf strategiyası ilə tanınır. Geniş istehsal və logistika infrastrukturu, eləcə də güclü insan kapitalı ilə bazarda lider mövqeyə malikdir və hazırda komandasına peşəkar əməkdaşlar axtarır.

Vəzifə üzrə tələblər:

• Ali təhsil (Statistika, Riyaziyyat, İqtisadiyyat, Data Analitika və ya əlaqədar sahə üzrə)
• Müvafiq sahədə minimum 3 il iş təcrübəsi (data analizi, statistika və ya araşdırma istiqaməti üzrə)

Vəzifə öhdəlikləri:

• Verilənlərin işlənməsi üzrə mütəxəssislərdən ibarət komandanı idarə etmək və tapşırıqların vaxtında, dəqiq icrasını təmin etmək.
• Məlumatların təmizlənməsi, kodlaşdırılması və transformasiyası daxil olmaqla data emalı proseslərini qurmaq və tətbiq etmək.
• Araşdırma analitikləri ilə əməkdaşlıq edərək məlumatların analiz üçün uyğun hazırlanmasını təmin etmək.
• Məlumatların təhlükəsizliyi və məxfiliyi qaydalarına riayət olunmasına nəzarət etmək.
• Data emalı prosedurları və sistemləri üzrə sənədləşməni hazırlamaq və idarə etmək.
• Məlumat keyfiyyət göstəricilərini izləmək, aşkar edilən problemlərin aradan qaldırılması üzrə tədbirlər görmək.
• Maraqlı tərəflər üçün hesabat və təqdimatlar hazırlamaq.
• Kəmiyyət tədqiqat məlumatlarının statistik təhlilini (hipotez testi, reqressiya, çoxvariantlı analiz və s.) aparmaq.
• Statistik proqram təminatlarından (SPSS, R və s.) istifadə etməklə modelləşdirmə və vizuallaşdırma həyata keçirmək.
• Statistik nəticələri şərh edərək biznes və tədqiqat komandaları üçün praktik tövsiyələr hazırlamaq.
• Tədqiqat məqsədlərinə uyğun statistik modelləri qurmaq və inkişaf etdirmək.
• Data analitikası və statistik metodlar üzrə yenilikləri izləmək və tətbiq etmək.

 

Biz nə təklif edirik?

  • İş yeri: Bakı şəhəri, Azersun Holding (Baş Ofis)
  • İş qrafiki: Bazar ertəsi–Cümə, 09:00–18:00
  • Nahar: Şirkət tərəfindən təmin olunur
  • Nəqliyyat: Şirkət tərəfindən təmin olunur
  • İş mühiti: Regionun aparıcı FMCG şirkətlərindən birində dinamik və innovativ korporativ mühitdə çalışma imkanı