Data yoxlama kiçik mütəxəssis
“Azersun Holding” haqqında
Azersun Holding 1991-ci ildə əsası qoyulmuş, ölkənin ən böyük qeyri-neft sənaye qruplarından biridir. Şirkət qida sənayesi, kənd təsərrüfatı və pərakəndə satış sahələrində fəaliyyət göstərərək yüksək keyfiyyət standartları, innovativ idarəetmə yanaşması və davamlı inkişaf strategiyası ilə tanınır. Geniş istehsal və logistika infrastrukturu, eləcə də güclü insan kapitalı ilə bazarda lider mövqeyə malikdir və hazırda komandasına peşəkar əməkdaşlar axtarır.
Vəzifə üzrə tələblər:
• Ali təhsil (İqtisadiyyat sahələri)
• Data Emalı, Statistika, İnformasiya Texnologiyaları və ya əlaqəli sahələrində minimum 1 il iş təcrübəsi
Vəzifə öhdəlikləri:
- 1. Sahədən daxil olan məlumatların vaxtında və tam şəkildə yoxlanılması və aylıq data hesabatlarının hazırlanılması
- 2. Şirkət daxili müxtəlif departamentlərdən daxil olan sorğuya əsasən hesabatların hazırlanılması və sorğuların cavablandırılması
- 3. Aylıq daxil olan data məlumatların Panel Pro sistemində kodlaşdırılması, yoxlanılması və prosessin yekunlaşdırılması
- 4. Sistem vasitəsilə hazırlanacaq bütün hesabatların yaradılması və yoxlanılması
- 5. Məlumatların tutarlılığı, bütövlüyü, müntəzəm olaraq yenilənməsi, məlumat axınının girişi və təhlükəsizliyinə cavabdehlik
- 6. Ehtiyac halında bazar, market, təsərrüfat ziyarətlərinin həyata keçirilməsi
Biz nə təklif edirik?
- İş yeri: Bakı şəhəri, Azersun Holding (Baş Ofis)
- İş qrafiki: Bazar ertəsi–Cümə, 09:00–18:00
- Nahar: Şirkət tərəfindən təmin olunur
- Nəqliyyat: Şirkət tərəfindən təmin olunur
- İş mühiti: Regionun aparıcı FMCG şirkətlərindən birində dinamik və innovativ korporativ mühitdə çalışma imkanı
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Data yoxlama kiçik mütəxəssisi - 29893” qeyd etməyiniz xahiş olunur.