Data yoxlama mütəxəssisi

Müəssisə:  SUN FOOD MMC


Data yoxlama üzrə mütəxəssis

Tələblər: 

  • Ali təhsilli: (Ümumi İqtisadiyyat, Marketinq, İctimaiyyətlə əlaqələr, Juralistika və ya əlaqəli sahələrdə)
  • Microsoft Office (Word, Excel, PowerPoint) proqramlarında işləmək bacarığı– Əla
  • Müvafiq sahə üzrə 1 il iş təcrübəsi;
  • Marketinq araşdırması metodlarını bilməlidir.
  • Çalışdığı sahənin fəaliyətini tənzimləyən Azərbaycan  Resbublikası hüquqi əsaslar haqda məlumatlı olmalıdır
  • Şirkətin bütün idarəçilik əsasları və qanunları haqqında məlumatı olmalı
  • Ünsiyyət və təqdimat sahəsi üzrə nəzəri və praktiki biliklər
  • Əmək funksiyaları ilə bağlı tələb olunan texniki (Proqram bilgiləri) biliklər.
  • Sahənin fəaliyyətini tənzimləyən normativ aktları və rəhbərliyin əmr, qərar və sərəncamlarını bilməli
  • Güclü ünsiyyət bacarığı və həll yönümlü
  • Komanda ilə işləmə bacarığı
  • Telefonda fikrini ifadə və inandırma ilə ünsiyyət qurmaq bacarığı
  • Hamar diksiyaya və ton rənginə malik olmalı
  • Dəyişikliklərə tez uyğunlaşa bilən güclü və enerjili xarakterə malik olmalı
  • Biznes və şəxs arasında ünsiyyət qurmağı bacarmaq
  • Yaxşı dinləyici olmaq

 

 

 

Vəzifə öhdəlikləri:

  • Bazar Araşdırması anket sorğularından gələn məlumatların toplanılması, telefon nəzarətini həyata keçirilməsini təmin edir.
  • Araşdırma tələbinə və kvotalara uygun gəlməyən məlumatları seçir, yoxlayır və qeydləri üst rəhbərinə təqdim edir.
  • Bazar Aaraşdırması anket sorğularından gələn məlumatların emalının həyata keçirilməsini təmin edir.
  • Telefon anket sorgularının keçirilməsində yaxından iştirak edir və komanda üzvlərinə dəstək verir.
  • Gizlilik dərəcədə olan sənədlərin məlumatları qorunmasından və aidiyatı olmayan yerlərə dağıtılmasından məsuldur.
  • Əmanət edilmiş maddi və texniki vəsaitlərin düzgün istifadəsindən məsuldur.
  • Vəzifə Təlimatı ilə qoyulmuş vəzifələrin  vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə görə məsuliyyət daşıyır.

 

 

İş vaxtının norması:

  • 5 günlük iş rejimi;
  • İstirahət günü: Şənbə və Bazar günü.

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Əmək haqqı: Razılaşma yolu ilə;
  • Nahar şirkət tərəfindən təmin edilir;
  • Korporativ telefon nömrəsi və danışıq paketi.

Ünvan:  Bakı şəhəri

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “ Data yoxlama üzrə mütəxəssis” qeyd etməyiniz xahiş olunur.