Elektrik - Elektronçu

Müəssisə:  KÜRDƏMİR SÜD EM. ZAV. MMC

Vakansiya: Sağımxana və avadanlıqlar nəzarətçisi 

 

Tələblər:

  • Ali texniki təhsilli olmalı;

  • Sahə üzrə 1-3 il iş təcrübəsi olmalı;

  • Afimilk sürü idarəetmə proqramını və sağımxana sistemini bilməli;

  • Havalandırma (ventilyasiya sistemi) fanlarının iş prinsipini bilməli;

  • CIP və sağımda istifadə olunan təmizləyici maddələri tanımalı, istifadə norma və qaydalarını bilməli.

  • Elektrik qurğuları və avadanlıqların istismarı, təmiri və xidməti üzrə mütərəqqi təcrübəsi olmalı;

İş haqqında:

  • Fermada istifadə olunan bütün avadanlıqların sazlığına nəzarət etmək;

  • Afimilk sistemə aid olan bütün qurğu və avadanlıqların təmir baxım planını həyata keçirmək;

  • Sağımxana sisteminə aid olan bütün avadanlıqların saz vəziyyətdə qalmasını təmin etmək, stok durumunu nəzarətdə saxlamaq;

  • Süd depolama, süd çatdırılma prosesini norma daxilində həyata keçirmək;

  • Sağımxana avadanlıqlarının quraşdırılmasını, periodik yoxlanışını, təmirini həyata keçirmək;

  • Soyutma sistemlərini daim nəzarətdə saxlamaq, vaxtlı-vaxtında təmir etmək;

  • Ferma pərdələmə sistemini nəzarətdə saxlamaq, gübrə daşıma (skreyper) prosesini izləmək.

 

İş Şərtləri:

  • Həftə içi 5 gün, saat 09:00-18:00-dək.

İş yeri:

  • Kürdəmir rayonu;

  • Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri və gün ərzində 3 dəfə qidalanma şirkət tərəfindən qarşılanacaqdır.

 

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi e-mailin mövzu hissəsinə "Sağımxana və avadanlıqlar nəzarətçisi​​​​​​​ " qeyd etməklə cv@azersun.com elektron poçt ünvanına göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.

 

Azərsun Holdinq MMC
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.