Elektrik-elektronçu

Müəssisə:  Baki Gida və Yağ Fabriki

Vakansiya: Elektrik / Elektronçu

Tələblər:

  • Ali təhsil (Elektrik mühəndisliyi və ya əlaqəli sahələrdə)

  • Minimum 3 il təcrübə (Elektrik mühərrikləri, avadanlıqların təmiri, və ya əlaqəli sahələrdə)

Vəzifə öhdəlikləri:

  • 0.25 kW-dan 500 kW-a qədər olan elektrik mühərriklərinin (1-3 fazalı) təmiri, test edilməsi və sazlanması işlərini yerinə yetirmək.

  • Elektrik panoları, kontaktorlar, avtomatlar, elektrik lövhələri, diodlar, tranzistorlar və digər elektron avadanlıqlarının təmiri, montajı və sazlanması.

  • Proqramlaşdırıla bilən lojiya kontrollerləri (PLC), sensorlar, klapanlar və digər avtomatlaşdırma avadanlıqlarının təmiri, montajı və əlaqələndirilməsi.

  •  1000V-dan yuxarı gərginlikli yarımstansiyalarda qoşma və açma əməliyyatlarını yerinə yetirmək.

  •  35 kV və 0.4 kV arasında olan elektrik xətlərinin montajı, təmiri və əlaqələndirilməsi, elektrik şəbəkəsi ilə bağlı hər hansı nasazlıqların aradan qaldırılması.

  •  Elektron sensorların (fotosel, çevricilər və s.), təzyiq və temperatur cihazlarının təmiri, montajı və doğru parametrlərlə işləməsinin təmin edilməsi.

  •  Elektrik sistemləri ilə bağlı təhlükəsizlik tədbirlərini görmək, işçi heyətinin təhlükəsizliyini təmin etmək və qəza hallarının qarşısını almaq.

  •  Elektrik kabel xətlərinin, pnevmatik xətlərin və digər avadanlıqların düzgün şəkildə quraşdırılması, əlaqələrinin düzgün yerinə yetirilməsi və işin davamlılığını təmin etmək.

  •  Elektrik qurğularının mühafizəsinin təmin edilməsi, xüsusilə yüksək gərginlikli avadanlıqların qorunması və testlər aparmaq.

  • Avadanlıq və cihazlarda yaranan nasazlıqları müəyyən etmək, səbəblərini analiz etmək və həll yolları təqdim etmək.

  •  Baş elektrik mühəndisi, avtomatika mütəxəssisi və növbə ustaları ilə sıx əməkdaşlıq etmək, təlimatları yerinə yetirmək və tapşırıqları vaxtında başa çatdırmaq.

  •  Elektrik və elektron avadanlıqlarla iş zamanı hər zaman təhlükəsizlik qaydalarına əməl etmək, müvafiq qoruyucu vasitələrdən istifadə etmək və müəssisədə işçi sağlamlığını qorumaq.

İş Haqqında Məlumat:

  • Müəssisə: Bakı Qida və Yağ Fabriki

  • İş Qrafiki: 3 növbəli

  • İş Yeri: Sumqayıt 

Müraciət: Tələblərə cavab verdiyiniz təqdirdə, CV-nizi cv@azersun.com elektron poçtuna göndərə və ya hr.azersun.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində "Elektrik-Elektronçu" qeyd etməyiniz xahiş olunur.