Elektronçu
Vakansiya: Elektronçu
Tələblər:
-
Ali təhsil (Elektrik mühəndisliyi və ya əlaqəli sahələrdə)
-
Minimum 3 il təcrübə (Elektrik mühərrikləri, avadanlıqların təmiri, və ya əlaqəli sahələrdə)
Vəzifə öhdəlikləri:
-
Elektron avadanlıqların düzgün texniki istismarını təmin etmək
-
Perspektiv və illik texniki xidmət planlarının hazırlanmasında iştirak etmək
-
Maşınların işə hazırlanması və qurğuların texniki yoxlanılmasını yerinə yetirmək
-
Avadanlığın elektron elementlərinin parametrlərinə və möhkəmliyinə nəzarət etmək
-
Test üzrə yoxlamalar aparmaq və zədələri vaxtında üzə çıxarıb təmir etmək
-
Elektron-hesablama maşınlarının və radioelektron aparatların qurğu və düyünlərini qaydaya salmaq
-
Avadanlığa texniki xidmət göstərmək, profilaktik və cari təmirini aparmaq
-
Təmir işlərini təsdiq olunmuş sənədlərə uyğun şəkildə və vaxtında həyata keçirmək
-
Təmir və sınaq işlərinin icrasına və təlimatlara uyğun istismara nəzarət etmək
-
Yeni və əsaslı təmirdən çıxmış avadanlıqların qəbulunda iştirak etmək
-
Elektron-hesablama maşınlarının texniki imkanlarını genişləndirmək məqsədi ilə xarici qurğuların qoşulma imkanlarını öyrənmək
-
Avadanlığın istifadə uçotunu aparmaq və texniki göstəriciləri təhlil etmək
-
Elektron avadanlıqlara texniki xidmət üzrə normativ sənədləri hazırlamaq
-
Ehtiyat hissələri və materialların vaxtında təmin edilməsinə nəzarət etmək
-
Avadanlıqlar üçün sifariş və texniki sənədləri, iş hesabatlarını tərtib etmək
-
Radioelektron aparatların mühafizəsini təşkil etmək
İş Haqqında Məlumat:
-
Müəssisə: Qafqaz Konserv Fabriki
-
İş Qrafiki: Həftəiçi 5 gün
-
İş Yeri: Xaçmaz rayonu
Müraciət: Tələblərə cavab verdiyiniz təqdirdə, CV-nizi cv@azersun.com elektron poçtuna göndərə və ya hr.azersun.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində "Elektronçu (Qafqaz Konserv Fabriki)" qeyd etməyiniz xahiş olunur.