Talep No:  28814

Satış təmsilçisi

Müəssisə: 

Tələblər:

  • Təhsil: Ali təhsil

  • Təcrübə: Satış sahəsində iş təcrübəsi üstünlükdür

  • Kompyuter bilikləri: MS Office proqramları

  • Texniki bacarıqlar: B kateqoriyalı sürücülük vəsiqəsi

     

  • Ünsiyyət və təqdimat bacarığı

  • Analitik düşünmə və hesabat vermə qabiliyyəti

  • Məsuliyyətli, operativ və nəticəyönümlü olmaq


Vəzifə öhdəlikləri:

  • Günlük təyin olunmuş marşrut üzrə satış nöqtələrini ziyarət etmək və sifarişləri qəbul etmək

  • Yeni müştərilərin cəlb olunması istiqamətində fəaliyyət göstərmək

  • Şirkətin keyfiyyət standartlarını satış nöqtələrində tətbiq və təbliğ etmək

  • Satışı zəif olan məhsulların satışının artırılması üçün tədbirlər görmək

  • Kreditlə çalışan müştərilərin kredit limitlərindən düzgün istifadə etməsinə nəzarət etmək

  • Məhsulların keyfiyyəti barədə müştəri və istehlakçıları məlumatlandırmaq

  • Müştərilərlə rəsmi müqavilələrin bağlanmasını, qaimə və hesab-fakturaların düzgün tərtibini təmin etmək

  • Yoxlama şöbəsi tərəfindən aşkarlanmış nöqsanların səbəblərini araşdırmaq və aradan qaldırılması üçün tədbirlər görərək rəhbərliyə hesabat vermək

  • Yeni məhsullar və davam edən kampaniyalar haqqında müştəriləri məlumatlandırmaq

  • İstifadə müddəti bitmiş və zədələnmiş məhsulların geri qaytarılmasını və ya əvəzlənməsini təmin etmək

  • Günlük satış və ödəniş məbləğlərini kassa hesabatları ilə qarşılaşdırmaq

  • Məhsulların satış nöqtələrinə vaxtında və düzgün çatdırılmasına nəzarət etmək

  • Günlük satış, ziyarət və performans hesabatları hazırlamaq

  • Müştərilərdən qaytarılan malların anbara təhvil verilməsini təmin etmək

  • Qiymət dəyişiklikləri barədə müştəriləri məlumatlandırmaq

  • Müştəri şikayət və təkliflərini rəhbərliyə çatdırmaq

  • Rəqib şirkətlərin fəaliyyəti barədə analiz və hesabatlar hazırlamaq

  • Marketlərdə şirkət məhsullarının qiymət siyasətinə nəzarət etmək

  • Aylıq müştəri müqavilələrinin icrasını yoxlamaq

  • Gündəlik daxil olan ödənişlərin təsdiqini alaraq mühasibatlıq şöbəsinə məlumat vermək

  • Endirimli məhsulların rəf və kassa qiymətlərinin uyğunluğuna nəzarət etmək

  • Müştəri etirazlarının həlli üçün minimum 2 alternativ təklif irəli sürmək

  • Satışı zəif olan məhsulları müəyyən edərək geri qaytarılmanın qarşısını almaq üçün təkliflər vermək

İş yeri: Gəncə şəhəri
İş qrafiki: Tam ştat


Müraciət qaydası:

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi 📧 cv@azersun.com elektron ünvanına göndərə və ya hr.azersun.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Satış təmsilçisi (Gəncə)” qeyd etməyiniz xahiş olunur.