Talep No:  29564

Hüquqşünas

Müəssisə:  BAZARSTORE MMC

Vakansiya: Hüquqşünas

 

Tələblər:

  • Hüquq sahəsi üzrə Ali təhsil;

  • Müvafiq qanunvericilik üzrə biliklər;

  • Dövlət rüsumları və cərimələr haqqında biliklər;

  • İşgüzar ünsiyyət bacarıqları;

  • Məhkəmələrdə təmsil edə bilməli, hadisələrə hüquqi qiymət verə bilməli.


İş haqqında:

  • Cəmiyyətin fəaliyyətinə aid məsələlərə dair müqavilə layihələrini hazırlamaq, razılaşdırmaq, səlahiyyətləri daxilində ekspertizasını aparıb onlara rəy vermək və müqavilələrin bağlanması ilə əlaqədar zəruri tədbirləri həyata keçirmək, həmçinin bağlanmış müqavilələrə əlavə və dəyişikliklərin edilməsinə dair təklif vermək;

  • Səlahiyyətinə aid edilmiş məsələlər üzrə dövlət orqanlarından, qurumlarından, hüquqi və fiziki şəxslərdən daxil olan məktub, sorğu, ərizə, şikayət və təkliflərə qanunvericiliklə müəyyən olunmuş müddətdə baxmaq, araşdırmaq, nəticəsi barədə rəhbərinə məruzə etmək, razılaşdırdıqdan sonra isə cavablandırmaq və göndərmək;

  • Dövlət orqanlarından, qurumlarından, hüquqi və fiziki şəxslərdən daxil olan məktub, sorğu, ərizə, şikayət və təklifləri daim nəzarətdə saxlamaq, onlar barəsində rəhbərini dərhal məlumatlandırmaq;

  • Cəmiyyətdaxili qərar, əmr, məktub, digər hüquqi akt və sənəd layihələrinə qanunvericiliyin tələbinə uyğun şəkildə baxmaq, rəy vermək, nəticəsi barədə həmin layihələrə dair rəhbərinə məlumat vermək;

  • Cəmiyyət adından bağlanılmış müqavilələrin elektron reyestrini aparmaq, müqavilələri nizamlı şəkildə qovluqlarda və dolablarda yerləşdirmək;

  • Şöbənin səlahiyyətində olan işlər üzrə yaradılmış məlumat bazasını (icarə obyektlərinə, əmtəə nişanlarına, məhkəmə və inzibati işlərə, məktublara, sorğulara aid və s. digər növ sənədləri) işləmək;

  • Cəmiyyətin struktur bölmələrindən daxil olan məsələlər üzrə hüquqi araşdırma aparmaq, şifahi və ya yazılı rəy vermək;

  • Dövlət orqanlarında və qeyri-hökümət təşkilatlarında, fiziki və hüquqi şəxslər qarşısında Cəmiyyətin qanuni mənafelərinin müdafiə olunmasını təmin etmək;

  • Müqavilələr üzrə danışıqların aparılmasında, müqavilə əsasında yaranmış mübahisələrin həllində iştirak etmək;

  • Cəmiyyətin struktur bölmələrinin fəaliyyətini tənzimləyən əsasnamələr, vəzifə təlimatlarının, şirkətdaxili qaydaların və prosedurların hazırlanmasında iştirak etmək;

  • Müvafiq səlahiyyətlər notarial qaydada ona verildikdə, notariat orqanlarında Cəmiyyəti təmsil etmək, notarial müqavilələri bağlamaq, dəyişdirmək, onlara xitam vermək.

 

İş şərtləri:
Həftəiçi 5 gün, saat 09:00-18:00-dək

Nahar şirkət tərəfindən qarşılanır.

İş yeri:
Bakı şəhəri

 

Tələblərə cavab verdiyiniz təqdirdə, CV-nizi cv@azersun.com elektron poçt ünvanına email-in mövzu hissəsinə "Hüquqşünas" yazaraq göndərə bilər və ya "Müraciət et" butonuna basaraq qeydiyyatdan keçib müraciət edə bilərsiniz.