Talep No:  30036

Baş Zootexnik

Müəssisə: 

Kürdəmir Süd Emalı Zavodu MMC

Tələblər:

  • Ali təhsilli olmalı.
  • Əlaqədar sahə üzrə minimum 3-5 il iş təcrübəsi olmalıdır.
  • Analitik düşünməyi, dəyərləndirməyi, vaxtında doğru qərar verməyi bacarmalı.

İş haqqında məlumat: 

  • Heyvandarlıq sahəsində istehsal planlarının hazırlanmasını və icrasını təmin etmək.

  • Heyvanların saxlanma, yemləmə, bəsləmə və çoxaldılma texnologiyalarına nəzarət etmək.

  • Yem rasionlarının elmi əsaslarla tərtibini və tətbiqini təşkil etmək.

  • Məhsuldarlığın (süd, ət, yun və s.) artırılması üzrə tədbirlər hazırlamaq və həyata keçirmək.

  • Damazlıq işinin aparılmasını, seleksiya və genetik yaxşılaşdırma tədbirlərini təşkil etmək.

  • Zootexnik uçotunun və hesabatların düzgün aparılmasına nəzarət etmək.

  • Baytarlıq xidməti ilə birgə profilaktik və sanitariya-gigiyena tədbirlərinin icrasını təmin etmək.

  • İstehsalat intizamına və əmək mühafizəsi qaydalarına riayət olunmasına nəzarət etmək.

 

İş Yeri: 

  • Kürdəmir rayonu

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilərsiniz. Email-in mövzu hissəsində “ Baş zootexnik (Kürdəmir ) ” qeyd etməyiniz xahiş olunur.