Laborant ( Kürdəmir )
Müəssisə:
KÜRDƏMİR SÜD EM. ZAV. MMC
Laborant ( Kürdəmir )
Müəssisə: Kürdəmir Süd Emalı Zavodu MMC
Tələblər:
- Ali təhsil
- Müvafiq sahədə minumum 1-3 il təcrübəsi olmalı;
- Qərarvermə qabiliyyəti və məsuliyyətli olmalı.
İş haqqında :
- Qida məhsullarında, ərzaq xammalında və qatqı maddələrində mikrobioloji analizləri aparmaq;
- İstehsalatın sanitar-gigiyena şəraitinə nəzarət etmək;
- Keyfiyyətə Nəzarət Planına uyğun istehsalat sahələrindən nümunələr götürmək;
- İstifadəsində olan cihaz, avadanlıqların kalibrasiyasını (nizamlanma) və periodik qulluğunu təmin etmək;
- Laboratoriyada təhlükəsizlik və əməyin mühafizəsi qaydalarını yerinə yetirmək;
- Mikrobioloji analizlərin nəticələrini rəhbərliyə təqdim etmək, uyğunsuzluq olduğu təqdirdə istehsalı dayandırmaq.
İş şərtləri:
- Həftə içi 5 gün, 09:00-18:00
İş yeri:
- Kürdəmir rayonu
Tələblərə cavab verdiyiniz təqdirdə, CV-nizi cv@azersun.com elektron poçt ünvanına emaili-in mövzu yerinə "Laborant ( Kürdəmir ) " yazaraq göndərə bilər və ya hr.azersun.com ünvanından qeydiyyatdan keçib müraciət edə bilərsiniz.