Laboratoriya Sahə Rəisi

Müəssisə:  KÜRDƏMİR SÜD EM. ZAV. MMC

Laboratoriya Sahə Rəisi 

 

 

Tələblər:

  • Biologiya, mikrobiologiya və ya tibb sahəsində ali təhsil;
  • Müvafiq sahədə minimum 2 il iş təcrübəsi olmalı;
  • Molekulyar bioloji və ya mikrobioloji laboratoriya sahəsində rəhbər iş təcrübəsi olanlara üstünlük verilir;
  • Laboratoriyada istifadə olunan cihaz və avadanlığın kalibrasiyası və periodik qulluğunu edə bilməli;`
  • İngilis və rus dillərini bilməli;
  • MS Office və Outlook proqramlarından istifadə edə bilməli;
  • Xüsusi analiz proqramlarını bilənlərə üstünlük verilir;
  • Diqqətli və məsuliyyətli olmalı.

 

 

İş haqqında:

  • Laboratoriyaya ümumi rəhbərlik, yeni iş təlimatlarının hazırlanması, analiz və sınaqların aparılmasının keyfiyyətinə nəzarət, xüsusi analizlərin aparılması, raporların hazırlanması, kalibrasiya işlərinin təşkili və həyata keçirilməsi;
  • Su, yem və süddən keyfiyyət planına uyğun nümunələrin alınması, biokimyəvi, mikrobioloji, PCR, ELİSA texnikası ilə virusların, bakteriyaların və toksinlərin təyin edilməsi işlərinin təşkili;
  • Bitki və heyvan mənşəli nümunələrdən, bioloji və pataloji materiallardan DNA fraqmentlərinin ayrılması, PCR texnikası vasitəsilə analizlərin aparılması.

 

İş şərtləri:
İş qrafiki: Həftə içi 5 gün, 09.00-18.00

 

İş yeri:
Kürdəmir rayonu;

Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri və gün ərzində 3 dəfə qidalanma şirkət tərəfindən qarşılanacaqdır.

 

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçt ünvanına e-mailiin mövzu yerinə "Laboratoriya rəhbəri" yazaraq göndərə bilər və ya hr.azersun.com ünvanından qeydiyyatdan keçib müraciət edə bilərsiniz.

 

Azərsun Holdinq MMC
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.