Talep No:  25667

Laboratoriya inspektoru (Kürdəmir )

Müəssisə:  KÜRDƏMİR SÜD EM. ZAV. MMC

Tələblər:

  • Sahə  üzrə ali təhsili olmalı;
  • Analitik düşünməyi, dəyərləndirməyi, vaxtında doğru qərar verməyi bacarmalı
  • ISO 17025 “Sınaq və Kalibrləmə Laboratoriyalarının Səlahiyyətliliyinə Ümumi Tələblər” təməl, daxili audit və sənədləşmə sertifikatları
  • ISO 9001 “Keyfiyyət idarəetmə sistemi” təməl, daxili audit və sənədləşmə sertifikatları
  • ISO 22000 Qida Təhlükəsizliyi idarəetmə Sistemləri” sertifikatı

İş haqqında məlumat:

  • Qida məhsullarında kimyəvi və mikrobioloji tələblərə aid Dövlət standartlarını bilməli
  • Laboratoriyada istifadə olunan cihazlar haqqında biliklərə malik olmalı
  • İş təhlükəsizliyi-işçi sağlamlığı, sanitariya və ekologiyanın mühafizəsi tədbirlərini bilməlidir
  • Referens materiallar (RM) hazırlamaq və onlar əsasında X, R nəzarət kartları tərtib etmək, analizlər zamanı RM-ləri analiz etməklə analizin dəqiqliyini təmin etmək
  • Reaktivləri qəbul etmək, anbar siyahısına yazmaq, miqdarı azalan reaktivləri müəyyən etmək və raporlamaq
  • Laboratoriyaların fəaliyyətində uyğunsuzluqların aradan qaldırılması məqsədi ilə açılan düzəlişedici və uyğun olmayan fəaliyyətlərin həll edilməsində iştirak etmək və təkliflər irəli sürmək

İş vaxtının norması:

  • 5 günlük iş rejimi
  • İstirahət günü: Şənbə və Bazar günü

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Əmək haqqı: Razılaşma yolu ilə
  • Nahar şirkət tərəfindən təmin edilir

İş Yeri: 

  • Kürdəmir rayonu

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilərsiniz. Email-in mövzu hissəsində “ Laboratoriya inspektoru (Kürdəmir ) ” qeyd etməyiniz xahiş olunur.