Talep No:  30193

Nəzarət Ölçü Cihazları üzrə Mütəxəssis

Müəssisə: 

 

“Azersun Holding” haqqında

Azersun Holding 1991-ci ildə əsası qoyulmuş, ölkənin ən böyük qeyri-neft sənaye qruplarından biridir. Şirkət qida sənayesi, kənd təsərrüfatı və pərakəndə satış sahələrində fəaliyyət göstərərək yüksək keyfiyyət standartları, innovativ idarəetmə yanaşması və davamlı inkişaf strategiyası ilə tanınır. Geniş istehsal və logistika infrastrukturu, eləcə də güclü insan kapitalı ilə bazarda lider mövqeyə malikdir və hazırda komandasına peşəkar əməkdaşlar axtarır.

 

Vəzifə öhdəlikləri:

• Zavodda istifadə olunan bütün növ nəzarət-ölçü cihazları (NÖC) və avtomatika vasitələrinin iş prinsipini, siqnal növlərini, sistem və elementlərini bilmək və tətbiq etmək
• NÖC və avtomatika avadanlıqlarının montajı, istismarı, texniki baxışı, əsaslı təmiri və kalibrasiyasını həyata keçirmək
• Nasazlıqları aşkar etmək, diaqnostika aparmaq və aradan qaldırmaq, sıradan çıxmış hissələri düzgün metodla dəyişdirmək
• Mexaniki (açarlar və s.) və elektrik (tester, kommunikator, kalibrator və s.) alət və avadanlıqlardan düzgün istifadə etmək
• Zavodda istifadə olunan lokal avadanlıqların (Filtr Press, Sentrifuqa, paketləmə maşınları, tərəzilər və s.) avtomatika sistemlərinin iş prinsipini bilmək və nasazlıqları aradan qaldırmaq
• Monitorlu (displeyli) yeni nəsil avadanlıqların parametrlərini tənzimləmək, menyu üzərindən sazlama və kalibrasiya işlərini aparmaq
• Sahə cihazlarının elektrik sxemlərini oxumaq, P&ID sxemlərinə əsasən siqnalları düzgün müəyyən etmək
• Sahə cihazlarının ayarlanması və kalibrasiyasını həyata keçirmək, LOOP testlərini icra etmək
• Təmir və baxım işlərinə başlamazdan əvvəl təhlükəsizlik və hazırlıq tədbirlərini yerinə yetirmək
• Proses kontrol nöqtələri və dövrələrinin iş prinsipini analiz etmək və düzgün texniki diaqnoz vermək
• Avtomatika cihazlarının elektrik və pnevmatik qidalanma sxemlərini bilmək və tətbiq etmək
• Avadanlıqların istismara qəbulu, dövriyyəyə alınması və istismardan çıxarılması proseslərində iştirak etmək


 

Vəzifə üzrə tələblər:

• Ali və ya orta ixtisas təhsili (Avtomatika, Elektronika, Elektrik və ya əlaqədar texniki sahə üzrə)
• İstehsalat və ya sənaye müəssisələrində NÖC və avtomatika üzrə minimum 3 il iş təcrübəsi
• P&ID və elektrik sxemlərini oxuma bacarığı
• Kalibrasiya, sazlama və diaqnostika sahəsində praktiki təcrübə
• Texniki təhlükəsizlik qaydalarını bilmə və tətbiq etmə bacarığı
• Komanda ilə işləmə və operativ problem həll etmə bacarığı

 

Biz nə təklif edirik?

  • İş yeri: Kürdəmir rayonu
  • İş qrafiki: Bazar ertəsi–Cümə, 09:00–18:00
  • Nahar: Şirkət tərəfindən təmin olunur

 

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “NÖC üzrə Mütəxəssis - 30193 qeyd etməyiniz xahiş olunur.