Talep No:  26830

İş mükəmməliyyət üzrə kiçik mütəxəssis

Müəssisə:  Şamaxı Dairy Farm MMC

Tələblər:

  • Ali təhsil (İstehsalat, Mexanika, Sənaye mühəndisliyi və ya əlaqəli sahələr üzrə).

  • İstehsalat sahəsində minimum 1 il iş təcrübəsi.

  • Lean Manufacturing, Six Sigma və ya digər istehsal optimallaşdırma metodları üzrə biliklər.

  • Problem həll etmə və analitik düşüncə qabiliyyəti.

  • Yüksək səviyyədə təşkili bacarıqları və məsuliyyətlilik.

  • Komanda işi və effektiv ünsiyyət bacarığı.

  • Kompüter proqramlarından (MS Office, ERP sistemləri) istifadə bacarığı.

  • Yenilikçi yanaşmalar və davamlı inkişaf üçün motivasiya.

  • Əməyin mühafizəsi və texniki təhlükəsizlik normalarına ciddi riayət.

 

Əsas vəzifə öhdəlikləri:

 

  • İstehsalatda yeni metodların həyata keçirilməsi ilə bağlı proseslərin təkmilləşdirilməsi və israfların azaldılması üzrə təkliflər vermək.

  • Aylıq və rüblük hesabatlar hazırlayaraq rəhbərliyə təqdim etmək.

  • Müəssisə əməkdaşları ilə birlikdə istehsalat prosesini mükəmməlləşdirmək üçün kaizenlər həyata keçirmək.

  • Rəhbərliyin təlimatına əsasən vəzifəyə aid digər işləri yerinə yetirmək.

  • Əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğından mühafizə qaydalarına riayət etmək.

 

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Əməliyyat mükəmməliyyəti üzrə kiçik mütəxəssis (Kürdəmir) - 26830qeyd etməyiniz və çalışmaq istədiyiniz şəhərin adını bildirməyiniz xahiş olunur.

 

 

İş Qrafiki:

  • 5 günlük iş qrafiki
  • Nahar şirkət tərəfindən qarşılanır

 

İş Yeri: Kürdəmir

Müəssisə: Azərsüd MMC

 

Azərsun Holdinq MMC
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.