İnspektor
Tələblər:
-Sənaye, kimya, qida və ya maşınqayırma mühəndisi ixtisasları üzrə ali təhsil;
-MS Office proqramları bilikləri;
-ISO 9001, ISO 22000 standartları üzrə sertifikat arzuolunandır
- Proses və laboratoriya sahəsində təcrübə üstünlükdür.
-Rus dili və ingilis dili biliyi üstünlükdür
İş haqqında məlumat:
- Keyfiyyət və proses nəzarət nöqtələrində müayinələri keçirmək: Proses və Keyfiyyətə nəzarət sistemində analiz axış sxemalarında göstərilən keyfiyyətə nəzarət nöqtələrində müayinələri həyata keçirmək və bu müayinələrin nəticələrinə əsasən tədbirlər görmək.
- Müayinə metodlarını hazırlamaq və tətbiq etmək: Keyfiyyət və proses spektrləri, qəbul/red dəyərləri, formaları təşkil etmək, prosedur və iş təlimatlarını hazırlamaq, habelə bu təlimatların tətbiqini izləmək və nəzarət etmək.
- Şahid nümunələri almaq: Hər partiya məhsulundan şahid nümunəsi almalı, üzərlərinə tanıdıcı məlumatlar yazmaq və bu nümunələri üç ay müddətində mühafizə etmək.
- Analiz və kalibrasiya nəticələrini izləmək: Keyfiyyətə nəzarət və analiz axış sxemləri əsasında prosesin düzgün işlədiyini yoxlamaq və tələb olunduqda düzəldici və önləyici tədbirlər görmək.
- Xammaddə, köməkçi maddə və son məhsulun saxlama şərtlərinə nəzarət etmək: Xammaddə, köməkçi maddələr və son məhsulun düzgün saxlanma şərtlərinə riayət etmək, uyğunsuzluqlara icazə verməmək, məsələn, yığma və saxlama planına uyğunluq.
- Keyfiyyət və proses parametrlərini qiymətləndirmək: Keyfiyyət və proses parametrlərinin əlaqəsini qiymətləndirmək, bu parametrləri yaxşılaşdırmağa yönəlmiş düzəldici, önləyici tədbirlər almaq, eyni zamanda bu fəaliyyətləri müntəzəm olaraq hesabatlara daxil etmək.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Keyfiyyətə nəzarə üzrə İnspektor (Kürdəmir)” qeyd etməyiniz və çalışmaq istədiyiniz şəhərin adını bildirməyiniz xahiş olunur.
İş Qrafiki:
- Həftəiçi 5 gün (09:00-18:00)
- Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri və gün ərzində 3 dəfə qidalanma şirkət tərəfindən qarşılanacaqdır
İş Yeri: Kürdəmir
Azərsun Holdinq MMC
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.