Talep No:  28583

Baş Baytar Həkim

Müəssisə: 

Namizədə aid tələblər:

  • Ali təhsil (Müvafiq sahə üzrə)
  • Müvafiq sahə üzrə ən az 3 il iş təcrübəsi
  • MS Office proqramlarında işləmə bacarığı

İş haqqında məlumat:

    • Heyvan xəstəliklərinin diaqnostikası, müalicəsi və profilaktikası üzrə işləri təşkil etmək.
    • Heyvanların sağlamlığı və xəstəliklərin qarşısının alınması üzrə ümumi baytarlıq tədbirlərinin planlaşdırılması və icrasına rəhbərlik etmək.
    • Təsərrüfatda baytarlıq-sanitariya tələblərinə riayət olunmasına nəzarət etmək.
    • Dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirlərinin vaxtında və düzgün aparılmasını təmin etmək.
    • Heyvanların vaksinasiya, antiparazitar müalicə və digər profilaktik tədbirlər üzrə illik və mövsümi planlar hazırlamaq.
    • Xəstə heyvanların təcrid edilməsi, karantin və digər məhdudlaşdırıcı tədbirlərin tətbiqinə nəzarət etmək.
    • Heyvan yemlərinin keyfiyyəti, saxlanma şəraiti və təhlükəsizliyinə nəzarət etmək.
    • Baytarlıq sənədlərinin (protokollar, aktlar, diaqnostik kartlar, vaksinasya jurnalları və s.) düzgün və dəqiq aparılmasını təmin etmək.
    • Yoluxucu xəstəlik aşkar edildikdə operativ tədbirləri təşkil etmək və aidiyyəti qurumlara məlumat vermək.
    • Baytarlıq personalının fəaliyyətinə rəhbərlik etmək, onların işini bölüşdürmək və peşə hazırlığının artırılmasını təşkil etmək.
    • Baytarlıq dərmanlarının, alət və avadanlıqların uçotunu aparmaq, təhlükəsiz istifadəsinə nəzarət etmək.
    • Heyvanların saxlanması və istismarında zoogigiyenik qaydaların təmin olunmasına nəzarət etmək.

 

İş vaxtının norması:

  • 5 günlük iş rejimi;
  • İstirahət günü: Şənbə və Bazar günü.

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Əmək haqqı: Razılaşma yolu ilə;
  • Nahar şirkət tərəfindən təmin edilir;

Ünvan:  Kürdəmir rayonu

Qeyd: Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri şirkət tərəfindən təmin edilir.

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Baş baytar həkim (Kürdəmir )” qeyd etməyiniz xahiş olunur.