Talep No:
30313
Növbə mühəndisi
Müəssisə:
Şamaxı Dairy Farm MMC
“Azersun Holding” haqqında
Azersun Holding 1991-ci ildə əsası qoyulmuş, ölkənin ən böyük qeyri-neft sənaye qruplarından biridir. Şirkət qida sənayesi, kənd təsərrüfatı və pərakəndə satış sahələrində fəaliyyət göstərərək yüksək keyfiyyət standartları, innovativ idarəetmə yanaşması və davamlı inkişaf strategiyası ilə tanınır. Geniş istehsal və logistika infrastrukturu, eləcə də güclü insan kapitalı ilə bazarda lider mövqeyə malikdir və hazırda komandasına peşəkar əməkdaşlar axtarır.
Vəzifə öhdəlikləri:
- İstehsal proseslərinin fasiləsiz və səmərəli şəkildə idarə olunmasını təmin edir. Növbə planlamasını həyata keçirir və işçi qüvvəsinin effektiv şəkildə paylanmasını təşkil edir.
- Avadanlıqlarının və maşınlarının düzgün işləməsini izləyir, texniki xidmətin göstərilməsini təmin edir.
- İstehsalın keyfiyyət standartlarına uyğunluğunu təmin etmək üçün mütəmadi nəzarət aparır.
- İstehsalat proseslərində yaranan problemləri müəyyən edir və operativ şəkildə həll edir.
- Növbə keçidlərində işçilərin düzgün istiqamətləndirilməsi və növbələr arası əlaqənin təmin edilməsini təmin edir.
- Xammal və digər istehsalat materiallarının vaxtında təchiz edilməsini təşkil edir və resurs israfını qarşısını alır.
- İstehsalat prosesləri ilə bağlı statistik məlumatları toplayır, təhlil edir və müvafiq hesabatlar hazırlayır.
- İşçi qüvvəsinin təhlükəsizlik və sağlamlıq qaydalarına riayət etməsini təmin edir, əmək mühafizəsi tədbirlərini həyata keçirir.
- İstehsalın məhsuldarlığını artırmaq və prosesin optimallaşdırılması üçün təkliflər hazırlayır və tətbiq edir. .
Tələblər:
- Ali təhsil (magistr dərəcəsi üstünlükdür).
- Oxşar vəzifədə minimum 3 il iş təcrübəsi.
- Əmək təhlükəsizliyi və istehsalat qaydaları üzrə biliklər.
- Komanda ilə işləmək və işçiləri idarə etmək bacarığı.
- Növbəli iş qrafikində işləmək bacarığı.
- Güclü analitik düşüncə, yüksək yazılı və şifahi ünsiyyət bacarıqları, MS Office sistemində işləmə bacarığı.
Biz nə təklif edirik:
- İş yeri: Kürdənmir rayonu,
- İş qrafiki: Bazar ertəsi–Şənbə, Növbəli.
- Nahar: Şirkət tərəfindən təmin olunur.
- Servis xidməti: Şirkət tərəfindən təmin olunur.
- Əməkhaqqı: Təcrübə və ixtisas səviyyəsinə uyğun rəqabətqabiliyyətli əməkhaqqı.
- İş mühiti: Regionun aparıcı FMCG şirkətində dinamik və innovativ korporativ mədəniyyət.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Növbə mühəndisi Kürdəmir” qeyd etməyiniz xahiş olunur.