Kateqoriya üzrə mütəxəssis

Müəssisə:  BAZARSTORE MMC

Kateqoriya üzrə mütəxəssis

Bazarstore MMC
Vəzifəyə tələblər:

  • Məhsulların bazar qiymətlərinə hakim olmalı;
  • Ali təhsilli
  • Analiz və problem həlletmə bacarığı olmalı;
  • Riyazi hesablama bacarığı olmalı;
  • Yüksək ünsiyyət bacarığı olmalı;
  • Bazar araşdırması aparılması qaydalarını bilməli.


    Vəzifə öhdəlikləri:
  • Firmalarla imzalanan illik müqavilə şərtlərinin il boyunca tətbiq olunmasına nəzarət edilməsi;
  • Firmalardan gələn qiymət siyahısı və qiymət dəyişikliklərinin nəzarətdə saxlanılması və incələnməsi;
  • Endirim kataloqlarının planlanması;
  • Tədarükçülər ilə kataloq müqavilələri və kataloq məhsul yerləşiminin planlanması;
  • Tədarükçü dəyərləndirmələrinin edilməsi;
  • Tədarükçülərlə daimi olaraq ünsiyyətdə olmaq;
  • Dövri olaraq hesabatların hazırlanması.

 

İş vaxtının norması:

  • 5 günlük iş rejimi;
  • İstirahət günü: Şənbə və Bazar günü.

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Əmək haqqı: Razılaşma yolu ilə;
  • Nahar şirkət tərəfindən təmin edilir;

Ünvan:  Bakı şəhəri

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Kateqoriya üzrə mütəxəssis Bazarstore” qeyd etməyiniz xahiş olunur.

 

 

 

"Bazarstore" mağazalar şəbəkəsi Azərbaycanda sürətlə inkişaf edən və dünya standartlarını əsas tutaraq irəliləyən mağazalar şəbəkələrindəndir. Təbii ki, “Bazarstore” mağazalarının uğuru bütün Müəssisə əməkdaşlarının komanda olaraq birgə nailiyyətidir. Bu gün ölkəmizdə müxtəlif sahələr üzrə rəqabət yüksək səviyyədədir. Bu rəqabət ilə ayaqlaşmağın, zamanın tələblərindən geri qalmamağın əsas prinsipləri bunlardır: Müəssisə üzrə kadrların doğru seçilməsi, kadrların iş həyatına müsbət təsir edəcək tədris və təlimlərlə peşəkarlıqlarını artırmaları və ən əsası işçilərin motivasiyasıdır. Şirkətin İnsan Resurslarının bu tələblər üzrə doğru siyasətinin böyük və əhəmiyyətli rolu var.