Kateqoriya təkmilləşdirmə üzrə baş mütəxəssis
Azərsun Holdinq MMC
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida və qeyri qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, bu gün regionun ən dinamik və gələcəyə yönəlmiş şirkətlərindən biridir.
Azersun Holding olaraq, biz davamlı biznes prinsiplərinə əsaslanaraq bu gün və gələcək nəsillər üçün dəyər yaratmağı hədəfləyirik.
İstehlakçılarımız, müştərilərimiz və tərəfdaşlarımızla həyatın dəyərli anlarını paylaşır, gündəlik həyatı yaxşılaşdıran etibarlı brendlər və innovativ məhsullar təqdim edirik.
Tələblər:
- Ali təhsil (Biznes/Marketinq/İqtisadiyyat və s.)
- FMCG sektorunda minimum 3-4 il iş təcrübəsi (HoReCa / Away From Home (EDT) təcrübəsi üstünlükdür)
- Analitik düşüncə və data ilə işləmə bacarığı (Excel/Power BI üstünlükdür)
- Satış inkişafı, məhsul portfeli və ya kanal idarəçiliyində praktiki təcrübə
- Güclü kommunikasiya, koordinasiya və təqdimat bacarıqları
- İngilis dili danışıq səviyyəsində tələb olunur; rus dili bilikləri üstünlükdür.
Vəzifə öhdəlikləri:
- Kateqoriya üzrə bazar, rəqib və satış analizlərinin hazırlanması
- Satış kanallarında inkişaf imkanlarının araşdırılması və tətbiq edilməsi
- Məsul olduğu kateqoriya, marka portfelində məhsul satışlarının izlənilməsi, lazımi optimizasiya təkliflərinin verilməsi
- Mütəmadi olaraq marka / portfel analizlərinin, kampaniya / performans hesabatlarının hazırlanması
- Yeni məhsulun ideyasından başlayaraq bazara təqdim edilməsinə qədər olan prosesdə aidiyyəti şəxslərlə əlaqə qurulması və məhsulun zamanında bazara təqdim edilməsinin təmin edilməsi
- Marketinq büdcəsinin strategiyaya uyğun hazırlanması və xərclərin təqib edilməsi
- Əməkdaşlıq təkliflərinin hazırlanması və partnyor şirkətlərlə əlaqələr qurulması
- Satış komandasına kanal üzrə alətlərin və təşviq mexanizmlərinin hazırlanması
- Qiymət, promo və portfel strategiyalarının hazırlanması və performansının təhlil olunması
- Proseslərin təkmilləşdirilməsi və daxili layihələrin koordinasiya edilməsi
- Anbar qalıqlarının izlənilməsi, dövr etməsi zəif olan məhsullarla bağlı tədbir alınması üçün satış və ticari marketinq komandasının məlumatlandırılması;
İş Qrafiki: Həftə içi 5 gün
İş yeri: Bakı şəh., Azersun Holdinq Baş ofis
Əməkhaqqı: Təcrübə və ixtisas səviyyəsinə uyğun rəqabətqabiliyyətli əməkhaqqı
🍽️ Nahar şirkət tərəfindən təmin olunur
🚌 Nəqliyyat dəstəyi mövcuddur
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Kateqoriya təkmilləşdirmə üzrə baş mütəxəssis – 27723” qeyd etməyiniz xahiş olunur.