Keyfiyyətə nəzarət üzrə İnspektor

Müəssisə:  QAFQAZ KONSERV ZAVODU MMC

Tələblər:

- Sənaye, kimya, qida və ya maşınqayırma mühəndisi ixtisasları üzrə ali təhsil;
- MS Office proqramları bilikləri;
- ISO 9001, ISO 22000 standartları üzrə sertifikat (arzuolunandır) - Proses və laboratoriya sahəsində təcrübəsi olanlara üstünlük verilir.
- Rus dili və ingilis dili biliyi üstünlükdür

 

İş haqqında məlumat: 

- Qida təhlükəsizliyi və gigiyena ilə əlaqədar prosedurların (ISO 22000/2015- 9001) tələb etdiyi qaydalara riayət edilməsinə nəzarət etmək;
- Depoda meyvə-tərəvəz məhsullarının qəbulu zamanı saxlanma şəraiti, satışa yararlılığına nəzarət etmək;
- Xam yağların kimyəvi, fiziki, mikrobioloji tərkibinin və orqanoleptik parametrlərinə görə yoxlanılmalı; - İstehsal edilən məhsulların keyfiyyət standartlarına uyğunluğunun yoxlanılması;
- İstehsal edilən məhsulların keyfiyyəti ilə bağlı uyğunsuzluqların təsbit edilməsi;
- Laboratoriya cihazlarının doğrulama və baxım metodlarını bilmək
- Proses zamanı keyfiyyət pozuntusunun səbəbini, lazımi tədbirlərin alınmasını, uygunsuzluqların aradan qaldırılmasını izləmək
- Keyfiyyət və proses parametrələrinin əlaqəsini dəyərləndirib yaxşılaşdırıcı, düzəldici,önləyici qərarları almağı bilmək
- Keyfiyyət və kritik nəzarət nöqtələrini müəyyən edə bilməyi, təhlükələri dərəcələndirib düzəldici, önləyici fəaliyyətləri almağı bilmək
- Tədqiq sonrası hesabat hazırlamaq, əlaqədar müəssisə rəhbərinə göndərmək

 

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Keyfiyyətə nəzarə üzrə İnspektor (Biləsuvar)” qeyd etməyiniz və çalışmaq istədiyiniz şəhərin adını bildirməyiniz xahiş olunur.

 

İş Qrafiki:

- Növbəli iş qrafiki 
- Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri və gün ərzində 3 dəfə qidalanma şirkət tərəfindən qarşılanacaqdır

 

İş Yeri: Biləsuvar

 

Azərsun Holdinq MMC
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.