Talep No:  30639

Kiçik mütəxəssis

Müəssisə:  SUN FOOD MMC

“Azersun Holding” haqqında

Azersun Holding 1991-ci ildə əsası qoyulmuş, ölkənin ən böyük qeyri-neft sənaye qruplarından biridir. Şirkət qida sənayesi, kənd təsərrüfatı və pərakəndə satış sahələrində fəaliyyət göstərərək yüksək keyfiyyət standartları, innovativ idarəetmə yanaşması və davamlı inkişaf strategiyası ilə tanınır. Geniş istehsal və logistika infrastrukturu, eləcə də güclü insan kapitalı ilə bazarda lider mövqeyə malikdir və hazırda komandasına peşəkar əməkdaşlar axtarır.

Vəzifə üzrə tələblər:

• Ali təhsil (Qida və Kimya sahəsi, Mühəndislik və Proses idarəetməsi, İnformasiya və Data idarəetməsi üzrə)
• Müvafiq sahədə minimum 1 il iş təcrübəsi

Tələb olunan texniki biliklər:

  • Qida texnologiyası və məhsul formulyasiya prinsipləri
  • Xammal və yarımfabrikat xüsusiyyətləri (fiziki-kimyəvi, mikrobioloji göstəricilər)
  • Qida təhlükəsizliyi standartları
  • Texniki spesifikasiya və reçete tərtibatı prinsipləri
  • ERP / SAP sistemində Master Data məntiqi
  • Məhsul kodlaşdırma sistemləri
  • Versiyon nəzarəti və dəyişikliklərin idarə olunması
  • Excel və məlumat analizi alətləri

Vəzifə öhdəlikləri:

  • Yeni məhsul, xammal və yarımfabrikat üçün texniki spesifikasiyaların hazırlanması
  • Mövcud spesifikasiyaların yenilənməsi
  • İstehsalat, keyfiyyət və satınalma şöbələri ilə məlumat uyğunluğunun təmin edilməsi
  • Məlumat uyğunsuzluqlarının aşkarlanması və düzəldilməsi
  • Master Data arxivinin və sənəd dövriyyəsinin idarə olunması
  • Yeni və mövcud məhsulların inkişaf fəaliyyətlərində iştirak
  • Müvafiq bölmələrdən hesabatların tələb edilməsi
  • İstehsal prosesləri üzrə məlumatların toplanması
  • Aylıq olaraq fəaliyyət hesabatı hazırlamaq.
  • Zərurət olduqda fabrik ziyarətlərində iştirak
  • Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət edilməsi

 

Biz nə təklif edirik?

  • İş yeri: Bakı şəhəri, Azersun Holding (Baş Ofis)
  • İş qrafiki: Bazar ertəsi–Cümə, 09:00–18:00
  • Nahar: Şirkət tərəfindən təmin olunur
  • Nəqliyyat: Şirkət tərəfindən təmin olunur
  • İş mühiti: Regionun aparıcı FMCG şirkətlərindən birində dinamik və innovativ korporativ mühitdə çalışma imkanı 

 

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində Arge Spesifikasyon və Data yönetimi üzrə kiçik mütəxəssis - 30639” qeyd etməyiniz xahiş olunur.