Talep No:
26346
İnspektor
Müəssisə:
QAFQAZ KONSERV ZAVODU MMC
Tələblər:
- Ali təhsil: (Sənaye mühəndisliyi, Kimya mühəndisliyi, Qida mühəndisliyi, Maşınqayırma mühəndisliyi üzrə)
- Keyfiyyətə nəzarət, proses nəzarəti və istehsalat sahəsində minimum 1-2 il iş təcrübəsi (arzuolunandır)
- ISO 9001 və digər müvafiq standartlar üzrə biliklər
- MS Office proqramlarında işləmək bacarığı
- Diqqətli, məsuliyyətli və analitik düşünmə bacarığı
- Komandada işləmək və texniki sənədlərlə işləmək qabiliyyəti
Əsas vəzifə öhdəlikləri:
- İş təlimatlarına uyğun olaraq analizləri yerinə yetirmək
- Laboratoriya analiz nəticələrinə əsasən məhsulların fiziki-kimyəvi və orqanoleptik
- keyfiyyət göstəricilərinin keyfiyyət planına uyğunluğunu təmin etmək
- Keyfiyyət planına əsasən istehsalat prosesində keyfiyyət və proses parametrlərini dövri olaraq nəzarətdə saxlamaq
- Uyğunsuzluq aşkar edildikdə prosesi dərhal dayandırmaq və məsul şəxsləri, üst rəhbərliyi məlumatlandırmaq
- Hazır məhsulların və doluma göndəriləcək yarımfabrikatların dequstasiyasını təşkil etmək və nəticələri qiymətləndirmək
- Uyğunsuzluq hallarında önləyici və düzəldici tədbirlər görmək
- Aidiyyəti bölmələrə DFİF təqdim etmək
- İş yerini, istifadə olunan avadanlıqları və cihazları daim təmiz və işlək vəziyyətdə saxlamaq
- Təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına ciddi riayət etmək
- İstehsalat sahələrində sanitariya və gigiyena planlarına uyğunluğa nəzarət etmək
- İstehsalat və qablaşdırma proseslərinin iş təlimatlarına uyğunluğunu yoxlamaq
- Ambar sahələrində paletləmə, temperatur, rütubət və təmizlik şəraitinə nəzarət etmək
- Uyğunsuzluq aşkar edildiyi halda prosesi dərhal dayandırmaq və məsul şəxsləri məlumatlandırmaq
- Fabrikaya daxil olan xammal, qablaşdırma materialları və qatqı maddələrinin qəbul şərtnamələrinə uyğunluğunu yoxlamaq
- Yerinə yetirilən nəzarətləri və nəticələri müvafiq formalar üzrə sənədləşdirmək
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Keyfiyyətə nəzarət üzrə İnspektor (Lənkəran)” qeyd etməyiniz və çalışmaq istədiyiniz şəhərin adını bildirməyiniz xahiş olunur.
İş Qrafiki:
- Növbəli iş qrafiki
- Nahar şirkət tərəfindən qarşılanır
İş Yeri: Lənkəran
Azərsun Holdinq MMC
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.