Satış üzrə Bölmə rəisi
Vakansiya: Satış üzrə Bölmə rəisi
Tələblər:
• Ali təhsilli olmalı;
• Qida satışı və idarəçilik sahəsində ən az 3 il tərcübəsi olmalı.
• Komandada işləmək bacarığı olmalı;
• Müştərilərə diqqətli və səbrli davranış sərgiləməli;
• Aktiv və ünsiyyətcil olub mükəmməl təqdimat bacarığı olmalı.
• MS Office proqramlarını yaxşı səviyyədə bilməli;
• Lazım olduqda bölgələrə ezamiyyətə getməyə hazır olmalı.
İş haqqında məlumat:
• Ərazi daxilində (ölkə daxili) müvafiq məhsulların satışının təşkil edilməsi və nəzarətinin həyata keçirilməsi.
• Tabeçiliyində olan işçilərin iş planının və günlük proqrama uyğun olaraq çalışıb-çalışmadıqlarının kontrolu.
• Ekspeditorlar və baş ekspeditorlar arasında hədəf bölgüsünün edilməsi və reallaşmasının kontrolu.
• Tabeçiliyində olan işçilərin satış hədəflərinə çatması üçün həvəsləndirmək.
• Şəxsi performansı zəif olan işçilər ilə əraziyə çıxaraq yerindəcə lazımi yönləndirmələrin edilməsi.
• Rəqib fəaliyyətləri haqqında təsbit edilən məlumatların dəyərləndirilməsi və müvafiq şöbələr ilə görüşərək tədbir görülməsi üçün təkliflər verilməsi.
• Bazardakı məhsul hərəkətlərinin araşdırılması, lazımi hallarda tədbirlərin başladılması üçün rəhbərə müraciət edilməsi.
• Cari ayın satış və anbar stoklarının yoxlanılması,satışı aşağı olan məhsulların səbəblərinin araşdırılması və tədbirlərin görülməsi.
• Xammalların satışı üçün obyekt səlahiyyətlisi ilə görüş keçirilməsi
• Tabeçiliyində olan işçilərin fəaliyyətlərinin yaxından kontrol edilməsi, onların performansına uyğun olaraq mükafatlandırma və ya tənbeh prosedurlarının həyata keçirilməsi.
• Satış nöqtələrinin ziyarət edilməsi və təsbit edilən problemlərin həll olunması.
• Müştərilərdə olan məhsulların kontrolu, təsbit edilən çatışmamazlıqlar ilə bağlı dərhal tədbirlər görülməsi.
• Müştərilər üzrə aylara görə müqayisəli satış raportlarının hazırlanması və analiz edilməsi.
• Ekspeditorların ziyarət və satış uğuru faizlərinin həftəlik olaraq kontrolu.
• Satışların artması və ya azalması halında analizlər edilərək lazımi tədbirlərin görülməsi.
• Müqayisəli satış və pazar payı raportlarının yoxlanılması. Yeni məhsulların ən qısa zamanda hədəflənən bütün satış nöqtələrinə penetrasiyasının təşkili.
• Ekspeditorlar və baş ekspeditorlar üzrə ərazi bölgüsünün edilməsi, lazımi hallarda ərazi məlumatlarına dəyişiklik edilməsi.
• Müştəri borclarını mühasibatlıq məlumatları ilə qarşılaşdırıb kontrol edilməsi. Hər 3 aydan bir bütün borcların rəsmi olaraq üzləşməsini etmək.
• Xammalların stoklarının yoxlanılması, stok-out`ların olmamasına nəzarət etmək
• Günlük iadə olunan malları SAP proqramında kontrol edilməsi
• Cavabdeh olduğu kateqoriyalar üzrə rəqabəti yaxından izləmək, rəqib fəaliyyətləri haqqında təsbit edilən məlumatları dəyərləndirmək və aidiyyatı şöbələr ilə görüşərək tədbirlər görmək.
• Məhsul şikayətlərinin şikayət mərkəzinə raportlanması və alınan cavabın müvafiq müştəriyə çatdırılmasını təmin etmək.
• Cavabdeh olduğu kateqoriyalar üzrə bazar payına uyğun kompaniyalara qatılmaq, bazar payını inkişaf etdirmək, hər kateqoriyada bazar payı qədər hər müştəridə anbar stoklarını saxlamaq
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Satış üzrə Bölmə rəisi” qeyd etməyiniz xahiş olunur.
İş Qrafiki: Həftə içi 5 gün
İş Yeri: Lənkəran şəhəri
Azərsun Holdinq MMC
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.