Laborant (Kürdəmir)
Azersun Holding” haqqında
Azersun Holding 1991-ci ildə əsası qoyulmuş, ölkənin ən böyük qeyri-neft sənaye qruplarından biridir. Şirkət qida sənayesi, kənd təsərrüfatı və pərakəndə satış sahələrində fəaliyyət göstərərək yüksək keyfiyyət standartları, innovativ idarəetmə yanaşması və davamlı inkişaf strategiyası ilə tanınır. Geniş istehsal və logistika infrastrukturu, eləcə də güclü insan kapitalı ilə bazarda lider mövqeyə malikdir və hazırda komandasına peşəkar əməkdaşlar axtarır.
Vəzifə öhdəlikləri:
- Müəssisəyə daxil olan xammalın, yarımfabrikatların, ehtiyatların, qablaşdırmaların, qatqıların yoxlanmasını, onların keyfiyyətinin standart və texniki şərtlərə uyğunluğu barədə rəylərin hazırlanması işini icra edir
- Laboratoriya avadanlığı, cihaz və qurğularının təmiz və saz vəziyyətdə saxlanılmasına nəzarət edir, onları təcrübəyə hazırlayır.
- Təlimatlara əsasən cihaz və aparatları yoxlayır və təmizləyir, eksperimentlərin aparılmasında iştirak edir.
- Cihazların göstəricilərini, təhlilin nəticələrini işçi jurnalında qeyd edir.
- Təqlid və qanunsuz istehsal halları üzrə hüquqi tədbirlərin görülməsini və mübahisələrin hüquqi müstəvidə həllini təmin etmək.
- Əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına riayət etməlidir.
Tələblər:
- Kimya, Kimya Texnologiyası və ya Mühəndis Texnoloq ixtisasları ali təhsil
- Oxşar vəzifədə minimum 1-3 il iş təcrübəsi.
- Texnoloji proses parametrlərinin keyfiyyət parametrlərinə təsirini bilməli;
- Keyfiyyətə təminat sistemləri və onların sertifikatlaşdırılmasına dair lazımi bilikləri olmalı;
- Araşdırma və analizetmə bacarığı olmalı.
- MS Office (Word, Excel, Outlook) proqramlarında istifadə etməyi bacarmalıdır.
Biz nə təklif edirik?
- İş yeri: Kürdəmir rayonu, Azərsüd MMC
- İş qrafiki: Növbəli
- Nahar: Şirkət tərəfindən təmin olunur
- İş mühiti: Regionun aparıcı FMCG şirkətində dinamik və innovativ korporativ mədəniyyət
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Laborant (Kürdəmir) / 29963” qeyd etməyiniz xahiş olunur.