Logistika planlaması üzrə mütəxəssis 1

Müəssisə:  BAZARSTORE MMC

Vakansiya : Logistika planlama üzrə mütəxəssis

 

Tələblər:

 

  • Logistika, iqtisadiyyat, planlama və yaxın sahələr üzrə ali təhsil;

  • Müvafiq sahədə 1-3 il iş təcrübəsi;

  • Logistika sistemini yaxşı tanımalı;

  • Anbarlama, nəqliyyat və daşıma fəaliyyətlərini bilməli;

  • Tədarük zənciri proseslərini yaxşı tanımalı;

  • Yerli və xarici tədarükçüləri tanımalı;

  • Planlama və performans qiymətləndirmə və ölçmə prinsiplərini bilməli.

 

Vəzifə izahatı:

 

  • Şirkət strategiyası və fəaliyyətlərinə uyğun logistika xidmətlərini planlamaq;

  • Müştərilərdən gələn sifarişləri qəbul etmək, qeydiyyatını aparmaq, sifarişləri aidiyyatı bölümlərə bildirərək lazım olan koordinasiyanı təmin etmək;

  • Gələn sifarişin ən doğru formada planlanması üçün ERP vasitəsi ilə gərəkli olan hesablamaları həyata keçirmək;

  • Stok nəzarətini icra etmək və varsa əskiklərin aradan qaldırılmasını təmin etmək;

  • Sifarişin durumuna nəzarət etmək və buna bağlı çatdırılma işlərinin müştərinin istəyi istiqamətində icra edilib edilmədiyini yoxlamaq;

  • Sifariş prosesində aidiyyatı bütün bölümlərin performanslarını yoxlamaq və buna bağlı məlumatlandırmaları etmək;

  • Doğru KPİ -lar paketi hazırlayaraq rəhbərliyə təqdim etmək, həmçinin performans qiymətləndirmə nəticələrini izləmək;

  • Dövri anbar sayımlarını planlamaq və sayım proseslərinin aparılması üçün müraciət etmək;

  • Geri qaytarma və məhv etmə (iadə -imha) proseslərini izləmək;

  • İşçi, anbar və avadanlıqların illik texniki xidmət planını hazırlamaq;

  • Çatdırılma və anbar maliyyə xərclərini planlamaq.

 

İş şərtləri:
Həftəiçi 5 gün, saat 09:00-18:00-dək

İş yeri:
Bakı şəh.,

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini cv@azersun.com elektron ünvanına (mövzu hissəsində vəzifənin “Logistika Planlama üzrə mütəxəssis” qeyd olunmalıdır) göndərə bilərlər və ya hr.azersun.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.

 

Azərsun Holdinq MMC
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.