Müştəri xidmətçisi
Müəssisə:
XƏYAL ADASI MMC
Vakansiya adı: Müştəri xidmətçisi
Tələblər:
- Yüksək sosial bacarıqlar və komanda ruhu
- Etibarlılıq, punktuallıq və peşəkar görünüş
- Xidmət sahəsində iş təcrübəsi arzuolunandır
- Azərbaycan dili səlis, ingilis dili biliyi üstünlükdür
- Yüksək təqdimat və ünsiyyət bacarığı
- Məsuliyyətli, çevik və təşəbbüskar olmaq
Vakansiya öhdəlikləri:
- Qonaqlara fərdi, mehriban və peşəkar xidmət göstərmək
- Qonaqlar üçün rahat, təhlükəsiz və qonaqpərvər mühitin təmin olunması
- Qolf otelə daxil olan və çıxan hər kəsi qarşılayıb, gülümsəyərək salamlayıb yönləndirmək
- Müştəri sorğularını vaxtında və effektiv şəkildə cavablandırmaq
- Yeni gələnlər üçün obyektin tanıtım turlarını həyata keçirmək
- Anbarlardan avadanlıq və ləvazimatların düzgün təchizatına nəzarət
- Ərazi və iş sahəsinin təmizliyinə və qaydaya nəzarət
- Zədələnmiş əşyalar və texniki problemlərlə bağlı nəzarətçiyə məlumat vermək
- İlk yardım dəstlərinin saxlanmasına və əlçatan olmasına nəzarət
- Təhlükəsizlik, gigiyena, yanğından mühafizə və digər hüquqi tələblərə əməl etmək
- Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında yerinə yetirmək
İş vaxtının norması:
- 5 günlük iş rejimi
- İstirahət günü: Şənbə və Bazar günü
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Əmək haqqı: Razılaşma yolu ilə
- Nahar və nəqliyyat xidməti şirkət tərəfindən təmin edilir
İş yeri: Bakı şəhəri
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində "Müştəri xidmətçisi" qeyd etməyiniz xahiş olunur.
Azərsun Holdinq MMC
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.