Müştəri xidmətləri üzrə mütəxəssis 1

Müəssisə:  XƏYAL ADASI MMC

Vakansiya: Müştəri xidmətləri üzrə mütəxəssis
Tələblər:

•    Ali təhsili olmalı;
•    İngilis və Rus dili biliyi yüksək səviyyədə olmalı;
•    Müştəri xidmətləri sahəsi üzrə 1-2 il iş təcrübəsi olmalı;
•    Müştərilərə diqqətli və səbrli davranış sərgiləməli;
•    Mükəmməl ünsiyyət və təqdimat bacarığı olmalı.

•    Komandada işləmək bacarığı olmalı;
•    MS Office proqramlarını yaxşı səviyyədə bilməli;
 
Vəzifə Öhdəlikləri: 
•    Müştərilərə müəssisənin xidmətləri barədə məlumat vermək;
•    Təklif olunan bütün kompleks xidmətlərini və kampaniyalarını təşviq etmək;
•    İşlətmənin korporativ dəyərlərini mənimsəmək və müştərilərə xidməti bu çərçivədə həyata keçirtmək;
•    Müştərilərə məhsul/qiymət/kampaniya ilə bağlı təmkinli şəkildə düzgün məlumat vermək;
•    Müştərilərin şikayət, təklif və tövsiyyələrini dinləmək və müvafiq şöbələrə yönəltmək;
•    Daxil olan şikayətlərin gedişatının və sonlandırılmasının nəzarətdə saxlanılması, müştəriləri məmnuniyyəti sorğusunun aparılması;
•    Satış komandası ilə birgə cədvəllərin və mühüm sənədlərin yaradılması, qaydada saxlanılması və mütamadi olaraq yenilənməsi
•    Yeni məlumatları məlumat bazasına əlavə etmək və mövcud məlumatlardakı dəyişiklikləri yeniləmək; 
•    Müştəri məmnuniyyətinin əldə olunması üçün xidmətin təşkili məqsədilə təkliflər hazırlamaq;
•    Müəssisə ve müştərilərin məlumat məxfiliyini qorumaq və müştərilərlə nəzakətli ünsiyyətdə olmaq.

 

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Müştəri xidmətləri üzrə mütəxəssis” qeyd etməyiniz xahiş olunur.

 

İş yeri:
Dreamland (Bakı şəhəri)

 

Azərsun Holdinq MMC
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.