Müfəttiş köməkçisi

Müəssisə:  SUN FOOD MMC

Vakansiya: Müfəttiş köməkçisi

Tələblər:

 

  • İqtisadiyyat/Maliyyə sahəsində Ali təhsil
  • Daxili audit sahəsində 1 il iş təcrübəsi
  • İngilis, Rus dillərini bilməsi arzu olunandır
  • Yüksək səviyyədə MS Office proqramlarından istifadə biliyi (xüsusilə excel)
  • Daxili audit ilə əlaqadar sertifikatlar arzuolunandır.
  • Analitik düşüncə və ünsiyyət bacarıqları olmalı

Ezamiyyətlərə əngəl halları olmamalıdır.

 

 

Vəzifə Öhdəlikləri:

 

    1. Şirkət məhsullarının saxlandığı anbarlarda, sərgiləndiyi sahələrdə məhsulların saxlanma vəziyyətlərini yoxlayaraq nəticələrini məruzə etmək,
    2. Şirkət və səlahiyyətli satıcıların anbarlarında məhsulların fiziki miqdarlarını yoxlayaraq nəticələrini məruzə etmək,
    3. Müştərilər ilə bağlanmış olan müqavilələrin şərtlərinin müştəri tərəfindən yerinə yetirilməsinə nəzarət edərək nəticələrini məruzə etmək.
    4. Müştərilərdəki kredit borc qalıqlarının doğruluğunu kontrol edərək nöqsanların ortadan qaldırılması üçün məruzə etmək.
    5. Satış nöqtələrində həyata keçirilən satış aksiyalarının aksiya şərtlərinə uyğunluğunu yoxlayaraq nəticəsini yazılı olaraq məruzə etmək,
    6. Müştərilərdə olan şirkət avadanlıq və reklam vasitələrinin məqsədə uyğun istifadə olunub-olunmadığını yoxlayaraq nəticəsini yazılı olaraq məruzə etmək
    7. Müştərilərə mal daşımalarında istifadə olunan nəqliyyat vasitələrinin malların təhlükəsiz daşınmasına uyğunluğunu yoxlayaraq nəticələrini yazılı olaraq məruzə etmək.
    8. Müştərilərə təhvil verilən malların doğruluğunu müştəri məlumatları əsasında yoxlayaraq məruzə etmək.
    9. Anbarlarda həyata keçirilən məhvetmə prosesinə ümumi nəzarəti həyata keçirmək.
    10. Satış işçilərinin satışla bağlı performanslarını ölçmək.
    11. Bazar araşdırmaları həyata keçirərək nəticələrini məruzə etmək.


İş şəraiti:

  • İş qrafiki: həftə içi 5 gün

İş yeri:

Bakı

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Müfəttiş köməkçisi” qeyd etməyiniz xahiş olunur.