Mütəxəssis
Azərsun Holdinq MMC
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida və qeyri qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, bu gün regionun ən dinamik və gələcəyə yönəlmiş şirkətlərindən biridir.
Azersun Holding olaraq, biz davamlı biznes prinsiplərinə əsaslanaraq bu gün və gələcək nəsillər üçün dəyər yaratmağı hədəfləyirik.
İstehlakçılarımız, müştərilərimiz və tərəfdaşlarımızla həyatın dəyərli anlarını paylaşır, gündəlik həyatı yaxşılaşdıran etibarlı brendlər və innovativ məhsullar təqdim edirik.
Tələblər:
- Təhsil: Ali
- Təcrübə: Müvafiq sahəsi üzrə minimum 3 il
- Qiymət təklifi və Statistik hesabatların hazırlanma və təqdimetmə qaydalarını bilməli
- Statistikanın aparılması, Təhlil, Monitoriq etmək bacarıqları
- Yüksək səviyyədə Microsoft Office (əsasən EXCEL) biliklərinin olması
- SAP sistemi ilə işləmə bacarığı arzuolunandır
Vəzifə öhdəlikləri:
- Mövsümi, satış potensialı və müştəri tələblərinə əsasən məhsul çeşidini (assortimenti) formalaşdırmaq;
- Yeni məhsul təkliflərini qiymətləndirmək, bazara çıxış potensialını təhlil etmək;
- Qalıq səviyyələrinə nəzarət etmək, yavaş hərəkətli məhsullar üçün təkliflər vermək;
- Həftəlik və aylıq satış göstəricilərini analiz etmək;
- Satış, marja, dövriyyə və itkilərlə bağlı hesabatlar hazırlamaq;
- Məhsulun satış dövriyyəsini izləmək və nəticələrə əsasən düzəliş təklifləri vermək;
- Rəqib brendlərin və bazar tendensiyalarının monitorinqini aparmaq;
- Kateqoriya üzrə KPI-ların yerinə yetirilməsinə cavabdeh olmaq (satış, marja, stok dövriyyəsi və s.).
- Təchizatçılarla əməkdaşlıq münasibətlərini qurmaq və idarə etmək;
- Qiymət danışıqlarında iştirak etmək, sərfəli şərtlər əldə etmək;
- Endirim, aksiyalar və promolar üçün təkliflər hazırlamaq;
- Təchizatçı müqavilələrinin icrasına nəzarət etmək;
- Qiymət dəyişikliklərini vaxtında sistemdə əks etdirmək.
- Aksiyalar zamanı satış nəticələrini qiymətləndirmək və təhlil etmək;
- Brend və məhsul kommunikasiya materiallarının hazırlanmasında iştirak
- Rəflərdə düzgün yerləşməni (planogram) izləmək və geri dönüşləri analiz etmək;
- Satıcı və mağaza rəhbərlərinə kateqoriya ilə bağlı məlumat və yönləndirmə vermək.
- Daxili bölmələr (satınalma, logistika, marketinq, satış) ilə koordinasiyalı işləmək;
Biz nə təklif edirik:
- İş yeri: AL Market MMC Baş ofis
- İş qrafiki: Həftə içi 5 gün saat 09:00–18:00, Şənbə-Bazar istirahət günləri
- 🍽️ Nahar şirkət tərəfindən təmin olunur
- 🚌 Nəqliyyat dəstəyi mövcuddur
- Əməkhaqqı: Təcrübə və ixtisas səviyyəsinə uyğun rəqabət qabiliyyətli əməkhaqqı.
📩 Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Kateqoriya üzrə mütəxəssis – AL Market MMC (28370-28371)" qeyd etməyiniz xahiş olunur.