Talep No:  23446

Maliyyə Təhlili üzrə Şöbə müdiri

Müəssisə: 

Əsas vəzifə öhdəlikləri:

 

Büdcə Planlaşdırılması və İdarəedilməsi:

  • Zavod fəaliyyətlərinə dair məlumatların toplanması və illik büdcənin hazırlanması;

  • Büdcəyə baxış, faktiki xərclərin müqayisəsi və büdcə hesabatlarının hazırlanması;

  • Məhsul bazında standart xərclərin hesablanması və sapma hesabatlarının tərtibi.

 

Xərclərin İdarə Olunması:

  • ERP sistemində xərclərin düzgün qeydiyyatının təmin edilməsi və bölmələrin (mühasibatlıq, satınalma, istehsalat və s.) nəzarətdə saxlanılması;

  • Mühasibat, ehtiyat və istehsal qeydlərinin aylıq bağlanışdan əvvəl yoxlanılması;

  • Xərc sapmalarının səbəblərinin vaxtında müəyyən edilməsi və zəruri tədbirlərin görülməsi;

  • Xərclərin formalaşdırılması, təsnifatı, məhsullara bölüşdürülməsi və optimallaşdırılması;

  • Yeni məhsul buraxılışlarında xərc və qiymət təhlillərinin aparılması.

 

Analitik Hesabatlılıq və Təhlil:

  • İdarəetmə qərarları üçün analitik modellərin və dashboardların hazırlanması;

  • Əsas dəyişkənlərin təhlili və hesabatların təqdim edilməsi;

  • Aylıq istehsal, xərc, ehtiyat və maliyyə hesabatlarının hazırlanması;

  • Standart və faktiki xərclər arasındakı fərqlərin analiz edilməsi və əlaqəli komandalara bildirilməsi;

  • Fabrika səmərəliliyi layihələrinin (Kaizen və s.) və zərərə işləyən məhsulların təhlili.

 

Tələblər:

  • Maliyyə, İqtisadiyyat və ya əlaqədar sahə üzrə ali təhsil;

  • Müvafiq sahədə (maliyyə təhlili, xərc nəzarəti, büdcə planlaması və s.) minimum 5 illik iş təcrübəsi;

  • ERP sistemləri ilə işləmək bacarığı (SAP, Logo, Oracle və s. üstünlükdür);

  • Güclü analitik düşüncə və hesabatlılıq bacarıqları;

  • Liderlik, effektiv ünsiyyət və komandada işləmək bacarığı.

 

Biz Sizə Təklif edirik:

  • Rəqabətqabiliyyətli əmək haqqı və bonus sistemi;
  • Karyera inkişafı üçün peşəkar mühit və təlim imkanları;

  • Açıq və dəstəkləyici korporativ mədəniyyət.

 

İş Qrafiki: Həftə içi 5 gün

İş Yeri: Bakı şəhəri

 

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində Maliyyə Təhlili üzrə Şöbə müdiri” qeyd etməyiniz xahiş olunur.


 
Azərsun Holdinq MMC
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.