Mayalandırma mütəxəssisi
Müəssisə:
KÜRDƏMİR SÜD EM. ZAV. MMC
Vakansiya: Süni mayalandırma üzrə baytar həkim
Tələblər:
- Baytarlıq sahəsi üzrə ali təhsil;
- Sahə üzrə ən az 2-3 il təcrübə;
- İşgüzar, məsuliyyətli və komandada işləmək bacarığı;
- Görülən işlərlə bağlı hesabatlar təqdim edəbilməli.
İş haqqında məlumat:
- Mayalanma vaxtı çatmış heyvanları qrupa ayırmalıdır.
- Mayalandırma prosesini düzgun icra etməlidir.
- Heyvanlarda boğazlığın müayinəsini aparır və boğaz heyvanlar üzrə müvafiq qeydlər aparmalıdır.
- Süni mayalanma və təbii cütləşmə qaydalarına nəzarət edir və çoxalma proqramının həyata keçirilməsini təşkil edir.
- Təsərrüfat üçün lazım olunan baytarlıq preparatları, dərmanları və avadanlıqların sifarişlərini tərtib edilməsində iştirak edir.
- Baytarlıqda uçot və hesabat işlərini təmin edir, karantin tədbirlərini həyata keçirir.
- Baytarlıq işlərinin uçot və hesabatını aparır və bölmə rəhbərinə hesabat verir.
İş Qrafiki: Növbəli iş qrafiki
İş Yeri:
- Kürdəmir rayonu.
- Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri və gün ərzində 3 dəfə qidalanma şirkət tərəfindən qarşılanacaqdır.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Süni mayalandırma üzrə baytar həkim” qeyd etməyiniz xahiş olunur.
Azərsun Holdinq MMC
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.