Merçendayzer (Vitrin tərtibatçısı)
Müəssisə:
SUN FOOD MMC
İşin təsviri
Vəzi̇fə və öhdəli̇klər:
- Təyin olunmuş ərazi üzrə çalışmaq. Gün ərzində görmüş olduğu işlərin hesabatını vermək.
- Şirkətin nizam-intizam prinsiplərinə və imicinə uyğun çalışmaq.
- Şirkət tərəfindən verilmiş olan geyim və satış təşviq avadanlıqlarını düzgün şəkildə istifadə etmək.
- Şirkətin qiymət strategiyasını izləmək, uyğunsuzluq yaranan zaman bağlı olduğu rəhbərlərə məlumat vermək.
- Tabeçiliyində olan market və ya marketlərdə məhsullarımızın davamlı olaraq market rəflərində olmasını təmin etmək.
- Məhsullarımızın rəfdən axışını sürətləndirmək üçün istehlakçı ilə təmasa keçərək məhsul satışını təmin etmək.
- Tabeçiliyində olan market və ya marketlərin şirkətimiz ilə müqaviləsi varsa müqavilə şərtlərinə uyğun çalışmasını təmin etmək, uyğunsuzluq baş verdiyi hallarda məsələni ilkin olaraq özü aradan qaldırmağa səy göstərər, həll edə bilmədiyi halda rəhbərinə məlumat vermək.
- Tabeçiliyində olan market və ya marketlərin maksimum məhsul ehtiyyatı ilə çalışması üçün satış komandasına bilgilər vermək.
- Satışı zəif olan məhsulları analiz edərək market anbarında ehtiyyatlanmasına nəzarət etmək.
- Məhsullarda son istifadə tarixinə nəzarət edərək rəflərdə FİFO-nu tətbiq etmək.
- İstifadə tarixi bitməyə yaxınlaşan məhsulların satışını təmin etmək üçün məlumatı zamanında verər və tədbir alar.
- Tabeçiliyində olan market və ya marketlərdə market çalışanları ilə ünsiyyət yaradaraq rəqib fəaliyyətini izləyər ,rəqibə qarşılıq çalışma və ya təkliflər edərək market içərisində rəqibin şirkətimizi üstələməməsinə diqqət edər. Əldə ediyi məlumatı rəhbərinə ötürər.
- Satışa yönəlik yeni satış artırıcı təkliflər verər.
- İstehlakçını məhsullarımızın alınmasına yönləndirilməsi məqsədi ilə rəqiblər arasında ön plana çıxarılması üçün satışa yönəlik çalışmalar edər.
- Məhsulları istehlakçının diqqətini cəlb edəcək şəkildə əlavə sərgiləmə yerləri yaradaraq (Rəf balşları,Palet,Kassa yanı,Stend,Asılqan, Rəf) məhsullarımızın mağaza içərisindəki sahib olduğu satış paylarını artırar.
- Günlük və ya anlıq satış qazandıracaq fürsətləri dəyərləndirərək əlavə satış edilə biləcək yerləri təyin edərək fürstədən yararlanar.
Bi̇li̇klər:
- Orta təhsilli
- Satış təcrübəli
- Riyazi hesablama qabiliyyətli
Bacarıqlar:
- Yaxşı ünsiyyət qurma bacarığı
- Müştəri və satış fokuslu olmaq
- Təşəbbüskar və Məqsədyönlü olmaq
- Emosional stabillik və məsuliyyətli olmaq
İş şərtləri:
● Həftə içi 5 gün
İş yeri:
● Bakı və Bölgə
Əlaqə:
- +994554406440 (Whatsap)
- karyera@sunfood.az
- 92A Heydər Əliyev PR.