Nəzarətçi
Vəzifəyə tələblər
- Fiziki cəhətdən sağlam və mühafizə üçün yararlı olmalı;
- Xanımların boyu 165 sm-dən, Kişilərin boyu isə 175 sm-dən yuxarı olmalı;
Vəzifə öhdəlikləri:
• Təsdiq edilmiş İş Qrafikinə uyğun olaraq xidməti təşkil etmək;
• Rəsmi prosedurlara əsasən obyekt və postu təhvil almaq və təhvil vermək;
• Müəssisə işçilərinin və qonaqların giriş-çıxışlarını qeydiyyata almaq və nəzarət etmək;
• Məsul olduğu obyekt və postlarda səlahiyyəti daxilində təhlükəsizlik mühiti yaratmaq;
• Tabe olduğu rəhbərlər tərəfindən verilən qanuni təlimat və göstərişləri yerinə yetirmək.
İş qrafiki:
İş qrafiki növbəlidir.
"Bazarstore" mağazalar şəbəkəsi Azərbaycanda sürətlə inkişaf edən və dünya standartlarını əsas tutaraq irəliləyən mağazalar şəbəkələrindəndir. Təbii ki, “Bazarstore” mağazalarının uğuru bütün Müəssisə əməkdaşlarının komanda olaraq birgə nailiyyətidir. Bu gün ölkəmizdə müxtəlif sahələr üzrə rəqabət yüksək səviyyədədir. Bu rəqabət ilə ayaqlaşmağın, zamanın tələblərindən geri qalmamağın əsas prinsipləri bunlardır: Müəssisə üzrə kadrların doğru seçilməsi, kadrların iş həyatına müsbət təsir edəcək tədris və təlimlərlə peşəkarlıqlarını artırmaları və ən əsası işçilərin motivasiyasıdır. Şirkətin İnsan Resurslarının bu tələblər üzrə doğru siyasətinin böyük və əhəmiyyətli rolu var.