Talep No:  26750

Naxçıvan nümayəndəliyinin müdiri

Müəssisə:  AZ SƏNAYE SIĞORTA ASC

Vəzifə öhdəlikləri:

 

  • Nümayəndəlik fəaliyyətini təşkil etmək və ümumi rəhbərliyi həyata keçirmək;
  • Müştərilərin tələblərini nəzərə alaraq, tabeliyindəki satış mütəxəssislərinin sığorta növlərini təklif etməsini, müştəri ziyarətinə getməsini, məhsullarla bağlı ətraflı məlumat verməsini, məhsulun üstünlüklərini çatdırmasını təşkil və nəzarət etmək;
  • Sığorta növləri haqqında müştərilərə ətraflı məlumat vermək;
  • Təhkim edilmiş ərazidə satış həyata keçirmək;
  • Fərdi/ korporativ görüşləri həyata keçirmək və tabe olduğu səlahiyyətli şəxsi keçirilən görüşlərin nəticəsi ilə əlaqədar məlumatlandırmaq;
  • Müştərilərlə görüşlər keçirərkən müştərilərə sığorta təkliflərini etmək;
  • Sığorta müqaviləsinin şərtlərinin pozulması səbəblərini müəyyən etmək və onların xəbərdar edilərək, aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirmək;
  • Nümayəndəlik üzrə sığorta yeniləmələrinə nəzarətin təşkil etmək;
  • Turizm şirkətlərini ziyarət etmək və səyahət sığortası ilə əlaqədar təkliflər etmək;
  • Uçot və nəzarət xarakterli hesabatları hazırlamaq;
  • Tələblərə uyğun olaraq vaxtında lazımi sənədləri tərtib etmək, uçot aparmaq və sığorta müqavilələrinin bağlanması ilə əlaqədar sənədlərin saxlanılmasını təmin etmək;
  • Sığorta məhsullarının satışı üzrə müəyyən olunan satış büdcəsini yerinə yetirmək;
  • Hissəli sığorta ödənişləri ilə bağlı müştərinin zamanında ödənişin həyata keçirilməsinə nəzarət etmək;

 

Tələblər:

 

  • 3 ilə qədər siğorta sahəsində iş təcrübəsi;
  • Ali təhsil
  • Kompüter bacarıqları: Microsoft Office 
  • Dil bilikləri: Rus dili, Türk dili danışıq səviyyəsində

 

Biz nə təklif edirik: 

 

  • İş yeri: Naxçıvan şəhəri
  • İş qrafiki: Bazar ertəsi–Cümə, saat 09:00–18:00
  • Nahar: Şirkət tərəfindən təmin olunur.
  • Əməkhaqqı: Təcrübə və ixtisas səviyyəsinə uyğun rəqabət qabiliyyətli əməkhaqqı.
  • İş mühiti: Regionun aparıcı siğorta şirkətində dinamik, innovativ və əməkdaşlığa əsaslanan korporativ mədəniyyət.

 

 

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində " Naxçıvan nümayəndəliyinin müdiri – 26750 " qeyd etməyiniz xahiş olunur.