Planlama üzrə mütəxəssis

Müəssisə:  BAZARSTORE MMC

Planlama üzrə mütəxəssis

 

Müəssisə:  BAZARSTORE MMC

Tələblər: 

  • Ali təhsilli olmalı;
  • MS office, SAP, BW, YSP proqramlarını bilməli;
  • Riyazi məntiq və Analitik biliklərə sahib olmalı.
     


Vəzifə öhdəlikləri:

  • Günlük olaraq üst rəhbərlik üçün mağazaların satışlarını əhatə edən raporların hazırlanması və göndərilməsi;
  • Davamlı olaraq mağazaların anbarında malların sayının mənfi olduğunu yoxlamaq, olanların sayının düzəldilməsi üçün həmin malları əhatə edən siyahının göndərilməsi;
  • Satışı zəif olan malların siyahısını hazırlayaraq əlavə tədbirlərin alınması üçün əlaqədar bölmələrə göndərmək, alınmış tədbirlərin nəticəsini yoxlamaq.

 

İş vaxtının norması:

  • 5 günlük iş rejimi;
  • İstirahət günü: Şənbə və Bazar günü.

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Əmək haqqı: Razılaşma yolu ilə;
  • Nahar şirkət tərəfindən təmin edilir;

Ünvan:  Bakı şəhəri

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Planlama üzrə mütəxəssis” qeyd etməyiniz xahiş olunur.

"Bazarstore" mağazalar şəbəkəsi Azərbaycanda sürətlə inkişaf edən və dünya standartlarını əsas tutaraq irəliləyən mağazalar şəbəkələrindəndir. Təbii ki, “Bazarstore” mağazalarının uğuru bütün Müəssisə əməkdaşlarının komanda olaraq birgə nailiyyətidir. Bu gün ölkəmizdə müxtəlif sahələr üzrə rəqabət yüksək səviyyədədir. Bu rəqabət ilə ayaqlaşmağın, zamanın tələblərindən geri qalmamağın əsas prinsipləri bunlardır: Müəssisə üzrə kadrların doğru seçilməsi, kadrların iş həyatına müsbət təsir edəcək tədris və təlimlərlə peşəkarlıqlarını artırmaları və ən əsası işçilərin motivasiyasıdır. Şirkətin İnsan Resurslarının bu tələblər üzrə doğru siyasətinin böyük və əhəmiyyətli rolu var.