Qazanxana-kompressor operatoru

Müəssisə:  Şamaxı Dairy Farm MMC

Tələblər:

- Sahə üzrə 3 il iş stajına sahib olmaq

- Su qızdırıcısı və buxar qazanlarının, köməkçi mexanizmlərin quruluşunu və onlara xidmət etmənin qaydalarını bilmək

- Cihazların göstəricilərindən asılı olaraq sahə avadanlıqlarının iş rejimini bilmək

- Qazanxana və kompressor avadanlıqlarının boru xətlərinin sxemini bilmək

- Təbii qaz və mazotun xüsusiyyətlərini bilmək

- İstilik-şəbəkə boyler qurğularının quruluşunu bilmək

- Suyun keyfiyyətinə qoyulan texniki şərtləri və suyun təmizlənməsi üsullarını bilmək

- İş təhlükəsizliyi, işçi sağlamlığı, sanitariya və ekologiyanın mühafizəsi tədbirlərini bilmək

 

İş haqqında məlumat: 

- Mövcud 2 ədəd buxar qazanlarının işlədilməsinə nəzarət etmək

- Buxar qazanlarının işləməsində baş verə biləcək nasazlıqları qısa vaxtda aradan qaldırmaq

- Buxar qazanlarının periodik baxımlarını icra etmək

- Qazanxana sahəsində kalibrasiya və digər dövlət yoxlamalarında iştirak etmək

- Müəssisənin qaz təsərrüfatına nəzarət etmək

- Müəssisənin dizel çəninə və nasosuna nəzarət etmək

- Kondensat çəni və dearatorun nasosları ilə birgə işləməsinə nəzarət etmək

- Qazanxanada istifadə olunan kimyəvi qatqıların dozaj nasosları ilə istifadəsinə nəzarət etmək

- İstilik radiatorları və isti su təchizatı üçün mövcud çənlərdə (nasoslar və genişlənmə çənləri daxil) temperaturlara nəzarət etmək

- Su yumşaltma sisteminin işinə nəzarət etmək və baş verəcək qəzaları aradan qaldırmaq

- Su yumşaltma cihazı üçün duzlu su məhlulunun hazırlanması və tərs yuma prosesinin icrası

- Buxar boruları, kollektorları və digər buxar armaturlarının işlərinə daimi nəzarət etmək

- Qazan ekonomayzerinin işləməsinə nəzarət etmək

- 4 ədəd ammonyak kompressorlarının işləməsinə nəzarət etmək

- Ammonyak kompressorlarında baş verə biləcək problemləri qısa vaxtda aradan qaldırmaq

- Buzlu su hazırlanma çəninə və nasoslarına nəzarət etmək

- Baudelot soyutma cihazına və nasoslarına nəzarət etmək

- Ammonyak resiveri və maye ammonyak çəninə və nasoslarına nəzarət etmək

- Ammonyak soyutma qüllələrinə nəzarət etmək

- Soyutma qüllələrində istifadə edilən kimyəvi maddələrin istifadəsinə nəzarət etmək

- Şok soyutma otaqlarının işləməsinə nəzarət etmək

- Ammonyaklı soyuq anbarların işləməsinə nəzarət etmək

- Pnevmatik sistemin üçün 8 barlıq kompressorların işləməsinə nəzarət etmək

- Hava quruducularının və resiverlərin işləməsinə nəzarət etmək

- 40 barlıq hava boosterlərinin işləməsinə nəzarət etmək

- 40 barlıq hava quruducularının və resiverlərinin işləməsinə nəzarət etmək

- 50 mikronluq və 2 mikronluq su filtirləmə (SAF və AMİAD) sisteminin işinə nəzarət etmək

- Çökdürmə su çənlərinin və nasoslarının işləməsinə nəzarət etmək

- UV filtirləmə sisteminin (Atlantium) işləməsinə nəzarət etmək

- Multimedia filtirləmə sisteminə nəzarət etmək

- Revers Osmos sisteminin işləməsinə nəzarət etmək

- Revers Osmos sistemində tərs yuma proseslərini aparmaq

- Revers Osmos sistemində istifadə edilən kimyəvi maddələrin istifadəsinə nəzarət etmək

- Yanğın suyu hovuzu və normal su anbarına nasoslarla birgə nəzarət etmək

- Hazar UV filtirləmə sistemlərinə nəzarət etmək

- Katric tipli filtirləmə sistemlərinə nəzarət etmək- Qazanxana və kompressor sahələrini təmizləmək və təmiz saxlanmasına nəzarət etmək

 

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Qazanxana-kompressor operatoru (Kürdəmir)” qeyd etməyiniz və çalışmaq istədiyiniz şəhərin adını bildirməyiniz xahiş olunur.

 

İş Qrafiki:

- Növbəli iş qrafiki 
- Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri və gün ərzində 3 dəfə qidalanma şirkət tərəfindən qarşılanacaqdır

 

İş Yeri: Kürdəmir

 

Azərsun Holdinq MMC
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.