Talep No:  25890

Planlama və Logistika üzrə mütəxəssis

Müəssisə:  AZƏRSUN HOLDINQ MMC

Tələblər: 

  • Ali təhsil;
  • Sahə üzrə ən az 1 il təcrübə;
  • MS Office proqramlarının mükəmməl biliyi;
  • İşgüzar, məsuliyyətli və analitik düşüncə tərzinə malik olmalı;
  • Komanda ilə işləmək və ünsiyyət bacarığı;
  • Görülən işlərlə bağlı hesabatlar təqdim etməli.

Vəzifə öhdəlikləri:

  • Nəqliyyatın planlaşdırılması və sifariş, idxal və ixrac əməliyyatlarına nəzarət etmək;
  • Nəqliyyat dəyərinin hesablanması və təqdim edilməsi;
  • Nəqliyyat şirkətləri, brokerlər və gömrük orqanları ilə əməkdaşlıq;
  • Bazar qiymətlərinin monitorinqi,güvənli yerli və xarici logistika şirkətlərinin tapılması və risklərin dəyərləndirilməsi;
  • Çatdırılmada səhvlərin və ya gecikmələrin nümunələrini müəyyən etmək üçün daşınmaların qeydlərini aparmaq;
  • Nəqliyyat şirkətləri və ya dəmir yolları kimi daşıyıcılarla koordinasiya edərək məhsulların vaxtında çatdırılmasını təmin etmək;
  • Məkandan səmərəli istifadəni təmin etmək üçün əsas və ya digər anbarların istifadəsinin əlaqələndirməsini təmin etmək;
  • Fabrikin istehsalına sərf olunan xammal, köməkçi materiallar, işlətmə və qablaşdırma mallarının ehtiyat stoklarını və bu stok miqdarına görə ehtiyac miqdarlarını müəyyən etmək, bütün bunları əks etdirən Stok Vəziyyət Hesabatını rəhbərinə təqdim etmək və Mərkəz Planlamaya yazılı şəkildə göndərmək;
  • Proqnoz və marketinq tədqiqatları əsasında müəyyən edilmiş məlumatlara əsaslanaraq planlaşdırmanı həyata keçirmək,
  • Planın müvafiq bölmələrinə bazar konyukturu, rəqabət və s. nəticəsində səbəb olmuş dəyişiklikləri vaxtında etmək,
  • Şirkəti maraqlandıran firma və təşkilatlar haqqında məlumat yığmaq və təhlil etmək,

 

İş vaxtının norması:

  • 5 günlük iş rejimi;
  • İstirahət günü: Şənbə və Bazar günü.

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Əmək haqqı: Razılaşma yolu ilə;
  • Nahar şirkət tərəfindən təmin edilir;

Ünvan:  Qubadlı rayonu

Qeyd: Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri şirkət tərəfindən təmin edilir.

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Planlama və logistika üzrə mütəxəssis - 25890” qeyd etməyiniz xahiş olunur.