Rəqəmsal marketinq üzrə mütəxəssis

Müəssisə:  SUN FOOD MMC

Tələblər:

  • Marketinq və ya əlaqəli sahədə bakalavr dərəcəsi;
  • Rəqəmsal marketing sahəsində minimum 3 il iş təcrübəsi;
  • MS Office; Meta, Google Ads, Google Analytics, Email Marketing, Sosial platformalarda və Youtube-da reklam, SEO, İnfluencer marketing işləri ilə davamlı təcrübəyə sahib;
  • Xarici dil bilikləri: İngilis və Rus dilini yaxşı səviyyədə bilmək;
  • Ənənəvi marketinq bilgi və təcrübənin olması əlavə üstünlükdür;
  • Mükəmməl ünsiyyət, səlist danışmaq, izah etmə bacarığı;
  • Reklam və Marketinq strategiyalarının tətbiqi planının hazırlanması bacarığı;  
  • Yaradıcı yanaşma və nəticəyönümlü iş üslubu;
  • Məsuliyyətli, analitik düşünmə bacarığı;
  • Süni intellekt və avtomatlaşdırma alətləri ilə işləmək bacarığı əlavə üstünlükdür;
  • Yaradıcı, kreativlik, komanda ilə işləmək, təqdimatlar hazırlamaq və təqdimat bacarığı.

 

İş haqqında məlumat: 

  • Online media kanallarının effektivliyini doğru qiymətləndirmək üçün markaların hədəf auditoriyasını analiz etməli və buna uyğun online media planlama strategiyalar hazırlamalı;
  • Online media planlayıcı brend menecerlər ilə, offline media planlayıcı ilə birlikdə çalışaraq, mütəmadi olaraq fikir mübadilələri aparmaq, marka tanıtımına yönəlik ortaq media yayım strategiyası formalaşdırmaq;
  • Müxtəlif online media kanallarını (sosial media, Google Ads, YouTube və s.) araşdırmaq, potensialını, effektivliyini dəyərləndirmək və brendin reklam kampaniyasına və hədəf kütləsinə uyğun olanlarını seçmək;
  • Kampaniya boyunca rəqəmsal reklam aktivliyinin effektivliyini izləmək, ehtiyac yarandığı anda dərhal müdaxilə etmək;
  • Online Media kampaniyalarının nəticələrini (views, followers, subscribers, engagements, CTR, CPC, Conversion rate, CAC və s.) müxtəlif analitik alətlərdən istifadə (Google Analytics, Facebook Insights, və s.) edərək analiz etmək, rəhbərlik və brend menecerlər üçün hesabatlar şəklində təqdim etmək. Növbəti rəqəmsal kampaniyalar üçün təkmilləşdirmələr etmək;
  • Rəqiblərin reklam strategiyalarını izləmək və təhlil etmək. Onların istifadə etdiyi rəqəmsal media kanalları və reklam formatları haqqında məlumat toplamaq.

İş vaxtının norması:

  • 5 günlük iş rejimi;
  • İstirahət günü: Şənbə və Bazar günü.

 

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Əmək haqqı: Razılaşma yolu ilə;
  • Nahar şirkət tərəfindən təmin edilir. 

İş yeri:

 

  • Bakı şəhəri

 

 

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. 

Email-in mövzu hissəsində Rəqəmsal marketinq üzrə mütəxəssis qeyd etməyiniz xahiş olunur.

 

Azərsun Holdinq MMC

1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.