SƏTƏM Mühəndisi

Müəssisə: 

Tələblər:

  • Təhsil : Ali təhsil (texniki sahə üzrə);
  • SƏTƏM Üzrə yerli və beynəlxalq sertifikatların olması vacibdir (IOSH, ISO 45001);
  • Təcrübə: minimum3 il (müvafiq sahə üzrə);
  • Dil bilikləri:Azərbaycan dili- əla, İngilis və Rus dili üstünlükdür;
  • Komputer bilikləri (Microsoft office, Excell, Word, PowerPoint, outlook) yaxşı;
  • Məsuliyyətlilik, operativlik və qərarvermə qabiliyyəti.

İş haqqında məlumat:

  • İş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına nəzarətin təmin edilməsi;
  • İş yerində baş vermiş iş qəzaları , xəsarətlərin səbəblərinin analizı və qarşısının alınması üçün tədbirlərin hazırlanması və onların həyata keçirilməsinin təşkili;
  • Təhlükələrin müəyyən edilməsi və düzəldici tədbirlərin görülməsi üçün SƏTƏM auditlərinə, risk qiymətləndirmələrinə və insident araşdırmalarında iştirak edilməsi;
  • İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanması;
  • Təlimat jurnallarının imzalanmasına nəzarət edilməsi;
  • Tibbi vasitələrin istifadəsi üzrə hesabatların hazırlanması;
  • İşə qəbul olunan yeni işçilərə , o cümlədən dövrü olaraq mövcud işçilərə əməyin mühafizəsi, texniki təhlükəsizliklə bağlı giriş təlimatının, təkrar, plandan kənar və cari təlimatların keçirilməsi;
  • İşçilərin əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsinə nəzarət edilməsi;
  • İşçilərə verilən xüsusi geyimlərin, ayaqqabıların, fərdi mühafizə vasitələrinin və digər vasitələrinin standartlara və sahə normalarına uyğun olmasına və bu vasitələrdən istifadəsinə nəzarət edilməsi.

İş vaxtının norması:

  • 5 günlük iş rejimi;
  • İstirahət günü: Şənbə və Bazar günü.

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Əmək haqqı: Razılaşma yolu ilə;
  • Nahar şirkət tərəfindən təmin edilir.

İş yeri:

  • Bakı şəhəri;
  • Biləsuvar rayonu.

 

 

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində SƏTƏM Mühəndisi (Bakı şəhəri) və ya SƏTƏM Mühəndisi (Biləsuvar rayonu) qeyd etməyiniz xahiş olunur.
 
Azərsun Holdinq MMC
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.