Sahə əməliyyatları şöbə müdiri

Müəssisə:  SUN FOOD MMC

Vakansiya: Marketinq tədqiqatları Sahə əməliyyatları şöbə müdiri

 

 

Tələblər:

  • Ali təhsilli olmalı (Marketinq, Biznesin İdarəedilməsi vəya müvafiq sahə);
  • Marketinq və Bazar araşdırması sahəsində ən az 5 il təcrübə;
  • İngilis və Rus dillərini yüksək səviyyədə bilməli;
  • MS office proqramlarını yüksək səviyyədə bilməli;
  • İşi ilə bağlı ezamiyyətlərdə gedə bilməli, sürücülük vəsiqəsi olmalı;
  • Analitik düşüncə, təhlil etmə və idarəçilik qabiliyyətinə malik olmalı;
  • Ünsiyyət və təqdimat bacarığı olmalı.

 

İş haqqında:

  • Sahə işçilərini işə götürür, təlimatlandırır və istiqamətləndirir. Onları bazar araşdırması layihələrinin həyata keçirilməsində zəruri bacarıqlar, biliklər və qabaqcıl təcrübələrlə təchiz etmək üçün təlim proqramları hazırlayır və həyata keçirir.;
  • Sahə nəzarətçiləri, anketçilər və moderatorlarla güclü əlaqələri inkişaf etdirir. Onların yüksək keyfiyyətli iş nümayış etdirmələrindən məsul olur və təmin edir.;
  • Sahə işçiləri arasında səmərəli iş bölgüsünü təmin edərək, layihə tapşırıqlarını və iş yüklərini idarə edir. Sahə araşdırma fəaliyyətlərinə və işin görülməsinin son tarixlərinə və büdcələrə uyğun işin həyata keçirilməsinə nəzarət edir. Müntəzəm olaraq performans dəyərləndirmələri aparır və effektivliyi artırmaq üçün konstruktiv təkliflər verir.
  • Sahə əməliyyatları ilə bağlı istənilən problemləri operativ və effektiv şəkildə həll edir.
  • Sahə məlumatlarının tamlığına və dəqiqliyinə nəzarət edir, təhlil edir, uyğunsuzluqları müəyyənləşdirərək həll edir;
  • Sahə əməliyyatlarının performansını və layihənin nəticələrini ümumiləşdirən hesabatlar hazırlayır;
  • Sahə məlumatlarının dəqiqliyinə nəzarət etmək, yönləndirmək, sahə komandası ilə birgə çalışmaq;
  • Sahə araşdırmaları metodologiyalarında trendləri, ən yaxşı təcrübələri və müvafiq proqram təminatı ilə bağlı yeniliklərdən xəbərdar olur və özündə inkişaf etdirir;

 

İş şərtləri:

  • Həftə içi 5 gün

 

İş yeri:

  • Bakı şəhəri

 

 

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna mövzu yerinə "Sahə əməliyyatları şöbə müdiri" yazaraq və ya göndərə bilər hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
 

 

Azərsun Holdinq MMC
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir