Sahə Supervayzeri
“Azersun Holding” haqqında
Azersun Holding 1991-ci ildə əsası qoyulmuş, ölkənin ən böyük qeyri-neft sənaye qruplarından biridir. Şirkət qida sənayesi, kənd təsərrüfatı və pərakəndə satış sahələrində fəaliyyət göstərərək yüksək keyfiyyət standartları, innovativ idarəetmə yanaşması və davamlı inkişaf strategiyası ilə tanınır. Geniş istehsal və logistika infrastrukturu, eləcə də güclü insan kapitalı ilə bazarda lider mövqeyə malikdir və hazırda komandasına peşəkar əməkdaşlar axtarır.
Vəzifə üzrə tələblər:
• Ali təhsil
• Müvafiq sahədə minimum 1 il iş təcrübəsi
• Komanda idarəetmə və koordinasiya bacarığı
• Sürücülük vəsiqəsi (B Kateqoriyası)
Vəzifə öhdəlikləri:
• Keyfiyyət və kəmiyyət tədqiqatları üçün uyğun respondentlərin tapılmasını və sahə prosesinin təşkilini təmin etmək
• Anketçilərin işə cəlb edilməsi, gündəlik iş planlarının hazırlanması və icrasına nəzarət etmək
• Anketçilər üçün sahə işi üzrə təlimlərin keçirilməsini təşkil etmək
• Gündəlik sahə planlarını hazırlamaq, kvotalara uyğun respondentlərin seçilməsinə nəzarət etmək
• Sahə ziyarətləri həyata keçirmək, layihələrin icrasını izləmək və yoxlamalar aparmaq
• Layihənin tələblərinə uyğun olaraq regionlara ezamiyyətlərdə iştirak etmək
• Data yoxlamalarını DP komandası ilə birlikdə həyata keçirmək
• Açıq sualların kodlaşdırılmasını icra etmək və ya komanda tərəfindən düzgün kodlaşdırılmasını təmin etmək
• Sahədən gələn geribildirimləri toplamaq, anket və skript üzrə düzəlişlərin edilməsində iştirak etmək
• Ləğv olunmuş anketlərin yenidən düzgün şəkildə toplanmasını təmin etmək və anketçilərə metodiki dəstək vermək
• Sahə proseslərinin təkmilləşdirilməsi və yekun hesabatların hazırlanmasında iştirak etmək, rəhbərliyə təqdimatlarda iştirak etmək
• Tabeliyində olan əməkdaşların daxili intizam, əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət etməsinə nəzarət etmək
Biz nə təklif edirik?
- İş yeri: Bakı şəhəri, Azersun Holding (Baş Ofis)
- İş qrafiki: Bazar ertəsi–Cümə, 09:00–18:00
- Nahar: Şirkət tərəfindən təmin olunur
- Nəqliyyat: Şirkət tərəfindən təmin olunur
- İş mühiti: Regionun aparıcı FMCG şirkətlərindən birində dinamik və innovativ korporativ mühitdə çalışma imkanı
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Sahə Supervayzeri - 29592” qeyd etməyiniz xahiş olunur.