Talep No:  29982

Satış üzrə Bölmə Rəisi (Şamaxı)

Müəssisə:  Sun Food MMC

 

“Azersun Holding” haqqında

Azersun Holding 1991-ci ildə əsası qoyulmuş, ölkənin ən böyük qeyri-neft sənaye qruplarından biridir. Şirkət qida sənayesi, kənd təsərrüfatı və pərakəndə satış sahələrində fəaliyyət göstərərək yüksək keyfiyyət standartları, innovativ idarəetmə yanaşması və davamlı inkişaf strategiyası ilə tanınır. Geniş istehsal və logistika infrastrukturu, eləcə də güclü insan kapitalı ilə bazarda lider mövqeyə malikdir və hazırda komandasına peşəkar əməkdaşlar axtarır.

 

Vəzifə üzrə tələblər:

• Ali təhsil (İqtisadiyyat, Biznesin idarə edilməsi, Marketinq və ya əlaqədar sahə üzrə)

• Satış, satış analitikası və ya distribusiya sahəsində minimum 1-2 il iş təcrübəsi

• Analitik düşünmə və satış məlumatlarının təhlili üzrə bacarıqlar

• Komanda ilə işləmə və komandanı yönləndirmə bacarığı

• Planlama, təşkilatçılıq və operativ qərarvermə qabiliyyəti

• Güclü ünsiyyət və koordinasiya bacarıqları

 

Vəzifə öhdəlikləri:

• Tabeliyində olan əməkdaşların işinin təşkilini həyata keçirmək, onların öyrədilməsi və peşəkar inkişafına dəstək vermək
• Satış fəaliyyətinə dəstək məqsədilə zəruri analiz və hesabatların hazırlanmasını təmin etmək
• Cavabdeh olduğu şəbəkələrdən daxil olan yazılı sorğuları analiz etmək və şəbəkə müdirinin məlumatı daxilində cavablandırmaq
• Ekspeditorlara stoklar, yeni məhsullar, daxilolmalar, kampaniyalar və satışlarla bağlı zəruri məlumat və dəstəyi təmin etmək
• Yeni məhsulların satış prosesində təqibini aparmaq, məhsulların tanıdılması üçün lazımi məlumatları toplayaraq müştərilərə təqdim etmək
• Yeni müştəri kartlarının açılmasını təmin etmək
• Həftəlik və aylıq satış hesabatlarını hazırlamaq (yeni məhsulların penetrasiya hesabatı, müştərilərin hədəf və satış göstəriciləri və s.)
• Müştərilər və məhsullar üzrə satış hesabatlarını hazırlamaq və analiz etmək
• Müştəri satışlarının əvvəlki illərlə müqayisəli təhlil hesabatlarını hazırlamaq
• İadələr üzrə hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək
• Məhsullar üzrə qiymət dəyişiklikləri barədə müştəriləri və müvafiq şəxsləri məlumatlandırmaq
• Barkod problemi olan məhsulların operativ şəkildə həllini təmin etmək
• Rəhbərliyin gündəlik hesabat və məlumat ehtiyaclarını təmin etmək, verilən tapşırıqları vaxtında icra etmək
• Kampaniyaların hədəf qrupları üzrə düzgün bölüşdürülməsini təmin etmək

 

İş şəraiti

  • İş yeri: Şamaxı rayonu
  • İş qrafiki: Bazar ertəsi–Cümə, 09:00–18:00
  • Nahar: Şirkət tərəfindən təmin olunur

 

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Satış üzrə Bölmə Rəisi - 29982 qeyd etməyiniz xahiş olunur.