Shopper Marketinq Departmant Müdiri
Müəssisə:
SUN FOOD MMC
Vakansiya: Shopper Marketinq Departmant Müdiri
Tələblər:
- Satış, ticarət marketinqi və ya əlaqəli şöbələrdə ən azı 10 illik təcrübə
- Kateqoriya, müştəri və alış-verişçi biliklərinə güclü sahib olmaq
- Alış-verişçi, bazar kəşfiyyatı mənbələri, kateqoriya/kanal/alış-verişçi trendlərini qabaqcıl səviyyədə anlamaq
- Yaxşı analitik və ünsiyyət bacarıqları
- Fərqli funksiyaları idarə etmək və çoxsaylı maraqlı tərəflərlə işləmə qabiliyyəti
Vəzifə öhdəlikləri:
- Kanal üçün illik kommersiya planı, JBP-lər və dövri plan əsasında aylıq əməliyyat planına rəhbərlik etmək
- Müvafiq kanallarda və bölgələrdə prioritet kanal(lar) üçün mağaza daxilində uğur vizyonuna (uğur şəkli) uyğunluğu təmin etmək
- Kanal əsasında performansı izləmək və lazım olduqda düzəlişlər etmək
- Alış-verişçi davranışını dəqiq anlayış əsasında hərəkətə keçə bilən mağaza həlləri təklif etmək və kanal/bölgə daxilində yerli imkanları həll etmək
- Müştəri komandaları ilə əməkdaşlıq edərək uyğun kanal və əsas müştəri icrasını müəyyənləşdirmək və inkişaf etdirmək, JBP-lər və kateqoriya satış təqdimatları hazırlamaq; müştəri üzrə satış və TTS hədəflərinə nail olmağa dəstək vermək
- Bölgə üzrə POP materiallarının və fəaliyyətlərinin mağaza daxilində icrasını koordinasiya etmək
- Bütün şirkət prinsipləri və siyasətlərinə uyğunluğu təmin etmək
İş qrafiki:
Həftə içi 5 gün
İş yeri:
Bakı şəhəri
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində "Shopper Marketinq Departmant Müdiri" qeyd etməyiniz xahiş olunur.
Azərsun Holdinq MMC
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azərsun Holding" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən ölkənin qabaqcıl şirkətidir.