İnsan Resursları üzrə Baş mütəxəssis

Müəssisə:  AZ KAĞIZ VƏ KARTON MMC

Tələblər:

  • İqtisadiyyat, menecment, insan resursları ixtisası üzrə ali təhsili olmalı;
  • Əlaqədar sahə üzrə minimum 3-5 il iş təcrübəsi olmalıdır.
  • MS Office, Elektron Hökümət Portalından istifadə qaydaları haqqında biliklərə sahib olmalı;
  • AR Əmək qanunvericiliyinin əsaslarını bilməli;
  • Miqrasiya məcəlləsini bilməli;

 

Vəzifə Öhdəlikləri:

 

  • Struktur bölmələrdən gələn tələblər istiqamətində işçi tələbi almaq, tələbi qiymətləndirmək;
  • İşdən ayrılan işçilər ilə söhbət etmək, ayrılma səbəblərini analiz etmək;
  • İşçilərin tələbləri və ayrılan işçilərə bağlı olaraq, Fabrik müdiri ilə görüş edilərək, vəziyyət haqqında məlumatlandırma etmək;
  • Fabrik müdirinin təsdiqi çərçivəsində, işçi tələbini SAP SuccesFActors proqramının köməyi ilə rəhbərliyə çatdırmaq və işçi tələbinin təyidini almaq;
  • Alınacaq işçinin strukturuna bağlı olaraq (fəhlə/qulluqçu və müddətli/müddətsiz) işə alınma müddətini icra etmək;
  • Əmək müqaviləsinin əmək qanunvericiliyinə və müəssisənin fəaliyyətinə uyğun olaraq tərtib edilməsi;
  • Əmrlərin hazırlanması və qeydiyyatının aparılması; (kadr, məzuniyyət, ştat, əmrlərinin və digər rəsmi sənədlər);
  • Məzuniyyət hüququnun (əmək, təhsil, yaradıcılıq, sosial, ödənişsiz məzuniyyətlər) həyata keçirilməsinin tənzimlənməsi;
  • İş vaxtı rejimi qaydalarının hazırlanması;
  • Əmək funksiyası üzrə vəzifə təlimatının hazırlanması;
  • Növbəli iş rejiminə (vaxta metodu) dair qrafiklərin tərtib edilməsi;
  • İşdən ayrılan işçinin (işçilərin) məzuniyyət günlərinin hesablanması, son hesablaşma məbləğlərinin hesablanması üçün işdən çıxış əmrlərinin hazırlanması;
  • CV-lər əsasənda namizədlərin çağırılması, yeni işə götürülməsi nəzərdə tutulmuş namizədlərlə müsahibənin keçirilməsi, namizədin işə uyğunluğunun yoxlanılması;
  • İşçi tələbi əsasında daxili namizədlərin dəyərləndirilməsi;
  • İşçilərin aylıq əmək haqqları və əlavə iş saatlarının hesablanması;
  • İşçilərin gündəlik işə davamiyyətlərinin kontrol edilməsi;
  • İşçilərə hesab nömrələri açmaq və maaş kartları ilə təmin edilmək;
  • İşçi büdcələrinin hazırlanmasında iştirak etmək;
  • Müəssisəyə daxil olan rəsmi məktublar, sorğular və digər məsələlərlə bağlı lazımi tədbirlərin görülməsi;
  • Müəssisə işçilərinin tədris/təlim ehtiyaclarını Azersun Akademiyadan gələn təhsil siyahısı istiqamətində, təhsil ehtiyaclarını müəyyən etmək, struktur bölmələri ilə görüşərək, təlimə qatılacaq işçilərin siyahısını yaratmaq və Azərsun Akademiyasına bildirmək;  
  • Əcnəbi işçilərə iş və yaşamaq icazələrinin alınması ilə bağlı sənədlərin hazırlanması;
  • Dövlət Miqrasiya Xidmətinə müraciətlərin edilməsi;

 

İş Qrafiki: Həftə içi 5 gün, 09:00-18:00

İş Yeri: Sumqayıt şəhəri

 

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “İnsan Resursları üzrə Baş mütəxəssis" qeyd etməyiniz xahiş olunur.

 

Azərsun Holdinq MMC
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir