İnsan Resursları üzrə Təcrübəçi

Müəssisə:  AZ KAĞIZ VƏ KARTON MMC

💼 Səndən Nə Gözləyirik? 

 

  • Ali təhsil (iqtisadiyyat, menecment, insan resursları və s. ixtisası üzrə);
  • Əmək qanunvericiliyini bilməli 
  • İş təcrübəsi tələb olunmur;
  • Komanda ilə işləmə bacarığı

 💼  Vəzifə öhdəlikləri: 

 

  • İnsan Resursları və kadr kargüzarlığı məsələləri ilə bağlı müvafiq öhdəliklərin yerinə yetirilməsi;
  • İşə alınan işçilər üçün əmək kitabçası açılmasının təmin olunması.
  • İşçilərin iş qrafiki üzrə işə cəlb olunması zamanı davamiyyətlərinin yoxlanılması, şöbələr üzrə icra olunan kadr əmrlərin rəhbərlik tərəfindən imza və möhür olunmasının həyata keçirilməsi
  • Təcrübə rəhbərinin digər müvafiq tapşırıqlarını icra etmək.

 

Təcrübə müddəti: 

 

🔹 3 ay (performansa əsasən uzadıla və ya iş təklifi ilə nəticələnə bilər)

🕘 İş Qrafiki: Həftə içi 5 gün | 09:00 – 18:00

🍽️ Nahar şirkət tərəfindən təmin olunur
🚌 Nəqliyyat dəstəyi mövcuddur
💰 Təcrübə müddəti ödənişlidir


Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “İnsan Resursları üzrə Təcrübəçi" qeyd etməyiniz xahiş olunur.
 
 
Azərsun Holdinq MMC

1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.